Bölmə Qarışıq 1. Dərman
590) Qarğıdalı saçağından hansı dərman forması kimi istifadə edilir?
A) Dəmləmə
B) Emulsiya
C) Tinktura
D) Bişirmə
E) Suspensiya
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
591) Tibbi məqsədlə evkalipt bitkisinin hansı hissələrindən istifadə olunur?
A) Kökündən
B) Meyvələrindən
C) Yarpaqlarından
D) Çiçəklərindən
E) Gövdəsindən
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
592) Təbabətdə pişikotu bitkisinin hansı hissələrindən istifadə olunur?
A) Toxumlarından və meyvələrindən
B) Yarpaqlarından və meyvələrindən
C) Yarpaqlarından və çiçəklərindən
D) Kökündən və kökümsovundan
E) Gövdəsindən və yarpaqlarından
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova8 «Farmakoqnoziya», Bakı, 1984
593) Pişikotu bitkisindən alınan preparatlar hansı məqsədlə istifadə edilir?
A) Sakitləşdirici kimi
B) İltihab əleyhinə
C) Ödqovucu kimi
D) Sidikqovucu kimi
E) Qızdırmasalıcı kimi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
Dostları ilə paylaş: |