605) Aşağıdakılardan hansı güclü toksiki təsirə malikdir?
A) Boranı toxumları
B) Çovdar mahmızı
C) Zəyərək toxumları
D) Bəlğəmotu kökü
E) Nanə yarpaqları
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
606) Heyvan mənşəli olmayan xammal hansıdır?
A) Vazelin
B) Balıq yağı
C) Mum
D) Propolis
E) Lanolin
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
607) “Erqotal” hansı bitkinin preparatdır?
A) Dəlibəngin
B) Xanımotunun
C) Boymadərən otunun
D) Xədicəgülünün
E) Çovdar mahmızının
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
608) Xanımotu bitkisinin tərkibində hansı farmakoloji aktiv maddələr var?
A) Aşı maddələri
B) Alkaloidlər
C) Qlikozidlər
D) Acı maddələr
E) Saponinlər
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
Dostları ilə paylaş: |