812) Nakomun (levodopa + karbidopa) tərkibində olan karbidopanın rolu nədən ibarətdir?
A) Levodopanın orqanizmdən xaric olmasını ləngidir
B) Toxumalarda levodopanın dekarboksilləşməsinin qarşısını alır
C) Levodopanın qana sorulmasını tezləşdirir
D) Levodopanın təsir müddətini artırır
E) Toxumalarda levodopanı dekarboksilləşməyə uğradır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
813) Nakomun (levodopa + karbidopa) tərkibində olan karbidopa toxumalarda levodopanın dekarboksilləşməsinin qarşısını almaqla nəyə səbəb olur?
A) Levodopanın ana südünə keçməsinin qarşısını alır
B) Levodopanın toksiki təsirini zəiflədir
C) Levodopanın hematoensefalik səddi (baryeri) keçməsinə kömək edir
D) Levodopanın hematoensefalik səddi (baryeri) keçməsinə mane olur
E) Levodopanın plasentar baryerdən keçməsinin qarşısını alır
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
814) Barbituratların yuxu dərmanı kimi istifadəsini məhdudlaşdıran cəhətlər hansıdır?
A) Onlardan istifadə zamanı vərdişolma və dərmandan asılılıq vəziyyəti yaranır, fizioloji yuxunun normal gedişi pozulur
B) Onlardan istifadə zamanı yuxunun “yavaş yuxu” mərhələsi baş vermir
C) Aparılan son tədqiqatlarda onların bir sıra ciddi əlavə təsirlərə malik olduğu aydınlaşdırıldığına görə
D) Onlardan istifadə zamanı yuxunun “sürətli yuxu” mərhələsi baş vermir
E) Onlardan istifadə zamanı diareya və ya qəbizlik baş verir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
Dostları ilə paylaş: |