818) Aşağıdakılardan hansılar təbii narkotik analgetikdir?
A) Fentanil, metadon, morfin-hidroxlorid
B) Trimeperidin (promedol), fentanil, metadon
C) Morfin-hidroxlorid, kodein, omnopon
D) Omnopon, kodein, fentanil
E) Metadon, kodein, trimeperidin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
819) Daxili üzvlərin spazmı nəticəsində baş verən ağrıları aradan qaldırmaq üçün morfin hansı maddələrlə kombinəedilmiş şəkildə istifadə olunur?
A) Qeyri-steroid quruluşlu iltihabəleyhinə maddələrlə (asetilsalisil turşusu və s.)
B) M-xolinomimetiklərlə (pilokarpin və s.)
C) Antiaqreqantlarla (klopidoqrel və s.)
D) Qeyri-narkotik analgetiklərlə (metamizol-natrium və s.)
E) M-xolinoblokatorlarla (atropin və s.)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
Dostları ilə paylaş: |