950) Penisillinlərin təsir mexanizmi nəyə əsaslanır?
A) Bakteriyaların sitoplazmatik membranının keçiriciliyini pozurlar
B) Bakterial hüceyrələrdə DNT sintezini pozurlar
C) Bakterial hüceyrələrdə RNT sintezini pozurlar
D) Onlar bakteriyaların hüceyrə divarının sintezini pozurlar
E) Ribosom səviyyəsində hüceyrədaxili zülal sintezini pozurlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
951) Aşağıdakılardan hansı makrolid antibiotiklərin təsir mexanizmini əks etdirir?
A) Bakteriyaların sitoplazmatik membranının keçiriciliyini pozurlar
B) Bakterial hüceyrələrdə DNT sintezini pozurlar
C) Bakteriyaların hüceyrə divarının sintezini pozurlar
D) Onlar bakteriya hüceyrələrində ribosom səviyyəsində hüceyrədaxili zülal sintezini pozurlar
E) Bakterial hüceyrələrdə RNT sintezini pozurlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
Dostları ilə paylaş: |