974) Fraksiparin dərman preparatlarının hansı sinfinə aiddir?
A) Proteazanın inhibitoru
B) Fibrinolitik
C) K vitamininin antaqonisti
D) Antiaqreqant
E) Kiçikmolekullu heparin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
975) Tibbi təcrübədə əsasən öskürəkkəsici kimi istifadə olunan tiryək alkaloidi hansıdır?
A) Morfin
B) Dibazol
C) Qlausin
D) Kodein
E) Prenoksdiazin
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
976) İltihabı proseslərdə və baş-diş ağrıları zamanı hansı qrup dərman vasitələrindən istifadə etmək olar?
A) Epileptik vasitələrdən
B) Steroid quruluşlu iltihabəleyhinə dərman vasitələrindən
C) Barbitur turşusunun törəmələrindən
D) Qlükokortikoidlərdən
E) Qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman vasitələrindən
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
Dostları ilə paylaş: |