Əczaçılıq (ali)


) Tibbi təcrübədə tabeks nə üçün istifadə olunur?



Yüklə 188,67 Kb.
səhifə309/317
tarix02.01.2022
ölçüsü188,67 Kb.
#2147
1   ...   305   306   307   308   309   310   311   312   ...   317
982) Tibbi təcrübədə tabeks nə üçün istifadə olunur?
A) Siqareti tərgitmək üçün

B) Narkotik analgetiklərlə kəskin zəhərlənmə zamanı

C) Xroniki alkoqolizmdə

D) Narkotik asılılığı aradan qaldırmaq üçün

E) Narkomaniya zamanı
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
983) Tərkibində asetilsalisil turşusu olan preparat hansıdır?
A) Aspirin kardio

B) Astemizol

C) Asesol

D) Askorutin

E) Asparkam
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
984) Yerli anestetiklərin sorulmasını ləngitmək, əlavə effektlərini azaltmaq və təsir müddətini artırmaq üçün onların məhluluna hansı maddələr əlavə edilir?
A) Trankvilizator

B) Damardaraldıcı maddə (adrenomimetik)

C) Psixostimulyator

D) Neyroleptik maddə

E) Xolinoblokator
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
985) Hansı farmakoloji qrupa daxil olan dərman vasitələri selikli qişalarda və zədələnmiş dəri səthində zülalların koaqulyasiyasını törətməklə təsir göstərir?
A) Büzüşdürücü dərman vasitələri

B) Bürüyücü dərman vasitələri

C) Allergiya əleyhinə dərman vasitələri

D) Qıcıqlandırıcı dərman vasitələri

E) Yerli anesteziyaedici dərman vasitələri
Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
986) Cərrahi əməliyyat zamanı anesteziyaedici kimi istifadə olunan ketaminin kardiostimullaşdırıcı təsirini, törətdiyi psixomotor oyanıqlığı aradan qaldırmaq üçün hansı preparatdan istifadə olunur?
A) Diazepamdan

B) Atropin-sulfatdan

C) Karbamazepindən

D) Droperidoldan

E) Triheksifenidildən
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil-2014


Yüklə 188,67 Kb.

Dostları ilə paylaş:
1   ...   305   306   307   308   309   310   311   312   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin