141) Hansı dərman vasitəsini həll etmək üçün isti sudan istifadə etmək lazımdır?
A) Bor turşusu
B) Kalium-bromid
C) Natrium-hidrokarbonat
D) Novokain-hidroxlorid
E) Natrium-xlorid
Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
142) Spirtli məhlullar hansı qabda hazırlanır?
A) Bölücü qıfda
B) Ölçülü silindrdə
C) Buraxılan flakonda
D) Ölçülü kolbada
E) Perkolyatorda
Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
143) Furasilin məhlulu hansı konsentrasiyalarda hazırlanır?
A) 1:750
B) 1:1000
C) 1:500
D) 1:5000
E) 1:1500
Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984, с. 152
144) Kollarqol hansı həlledicilərdə həll olur?
A) Qliserin
B) Qliserin - etil spirti ( 1: 1)
C) Su
D) Etil spirti – su (1:1)
E) Etil spirti
Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 105
145) Reseptdə ammonyak məhlulunun konsentrasiyası göstərilməyib. Aptekdən ammonyakın hansı konsentrasiyalı məhlulu buraxılmalıdır?
A) 25%
B) 8,3%
C) 30%
D) 5%
E) 10%
Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
Dostları ilə paylaş: |