129) Dərman bitkilərindən bişirmələr necə hazırlanır?
A) 45 dəq dəmlənir, 15 dəq soyudulur
B) 15 dəq dəmlənir, 45 dəq soyudulur
C) 15 dəq dəmlənir, 15 dəq soyudulur
D) 10 dəq dəmlənir, 30 dəq soyudulur
E) 30dəq dəmlənir, 10 dəq soyudulur
Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.
130) Güclü təsirə malik dərman bitkilərindən dəmləmə və bişirmələr standartlaşdırılmış ekstraktlardan hansı nisbətdə hazırlanır?
A) 1:400
B) 1:20
C) 1:30
D) 1:5
E) 1:10
Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.
131) Bunlardan hansı termiki üsulla sterilizasiyaya aiddir?
A) Buxarla sterilizasiya
B) Qaz sterilizasiyası
C) Ultrabənövşəyi şua ilə sterilizasiya
D) Ultrasəs sterilizasiyası
E) Filtirləmə ilə sterilizasiya
Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
132) Həlledici qeyd olunmadıqda inyeksiya və infuziyalar üçün məhlulların hazırlanmasında hansından istifadə olunur?
A) Təmizlənmiş su
B) Etil spirti
C) Polietilenoksid 400
D) İnyeksiya üçün su
E) Şaftalı yağı
Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
133) Dərmanların terapevtik effektivliyinə təsir göstərən əczaçılıq amillərinin öyrənilməsi ilə məşğul olan elm hansıdır?
A) Əczaçılıq texnologiyası
B) Biotexnologiya
C) Biofarmasiya
D) Farmakologiya
E) Biokimya
Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
Dostları ilə paylaş: |