Ədəbiyyat siyahisi


Ədəbi oyunların geniş və mürəkkəb forması viktorinalardır



Yüklə 68,25 Kb.
səhifə24/36
tarix25.12.2016
ölçüsü68,25 Kb.
#3076
1   ...   20   21   22   23   24   25   26   27   ...   36
Ədəbi oyunların geniş və mürəkkəb forması viktorinalardır.

Viktorinalarda şagirdlərdən süurlu, diqqətli və səriştəli mütaliə tələb edən müxtəlif rəngarəng suallar, tapmacalar verilir. Əksər məktəblərdə xüsusi lövhələr və sualcavab qutuları (orada suallar yazılır, cavabları qutuya salınır) təşkil edilir. Cavabların qutuya salınma vaxtı və müzakirə vaxtı qeyd edilir. Viktorinaların sualları ayrı-ayrı yaş dərəcələri üzrə tərtib edilir. Şagirdlər arasında viktorinaların keçirilməsi pedaqoji kollektivlə sıx əlaqə şəraitində keçirilir. Yuxarı sinif şagirdləri üçün daha fərqli düşünülmüş oyunlar tətbiq etmək lazımdır. On-on birinci sinif şagirdləri arasında intellektual yarışlar keçirmək olar. Bu kimi oyunlar oynayan uşaqlarda daha çox öyrənmək və bilmək rəqabəti onları mütaliə etməyə sövq edə bilər. Bundan başqa uşaqlar üçün müxtəlif fənnlər üzrə bilik yarışmaları da təşkil etmək


həyat və yaradıcılığına həsr olunmuş sərgi tərtib olunur. Belə tədbirlərin təşkili şagirdlər arasında kitabı təbliğ etmək, proqram materialını hərtərəfli zənginləşdirmək, möhkəmləndirmək, şagirdlərə yeni bilik, bacarıq və vərdişlər aşılamaq məqsədi daşıyır.

Aşağıdakı məzmunda elan yazılır: Uşaqların nəzərinə! Aprel ayının 20 - də axırında Xanımana Əlibəylinin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar olaraq onun yaradıcılığına dair səhərcik keçiriləcəkdir. Kitabxanada bu barədə geniş yaradıcılıq işləri aparılır. Səhərciyə hazırlaşmağa tələsin!

Kitabxanaçı həvəskar oxucularla iş bölgüsü – deklamasiyalar, şeirlər, musiqi nömrələri və s. təşkil edir. Səhərcik keçirilən zaman rəsmlər, rəylər, annostasiyalar və şagirdlərin digər əl işlərindən ibarət sərginin tərtib olunması yaxşı olardı. Kiçik məktəblilər üçün təşkil olunan bu tədbirlərin proqramı böyük olmamalı, bir saatlıq vaxt üçün nəzərdə tutulmalıdır. Proqramın rəngarəng olması - bədii qiraət və deklamasiyalar (latınca – declamatio - gözəl danışmağa nail olmaq, şeir və ya nəsr əsərlərini bədii söyləmə məharəti), nağıl etmələr, diafilm nümayiş etdirmək və s. şagirdlərin diqqətinin mərkəzləşməsinə və davamlılığına kömək edir.


Yüklə 68,25 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin