Elm yarandıqdan sonra hər şey



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7964
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

K.Marks  

 

Elm  ümumbəşəri  hadisədir.  Yəni  hər  millətin 



öz  elmi  olmur.  Habelə  hansı  isə  bir  ölkənin,  trans-

milli  şirkətin  elmi  ola  bilməz.  Çünki  onun  hərəkət-

verici qüvvəsi yalnız milli iqtisadi və ya siyasi amil-

lərdən  asılı  olmayıb,  həm  də  və  daha  çox  dərəcədə 

insanın mahiyyəti, onun şəxsi intellektual ehtiyacları 

ilə bağlıdır.  

Digər tərəfdən, elm ictimai sistemdir; ayrı-ayrı 

adamlar  fərdi  və  ya  qrup  miqyasında  elmi  yaradı-

cılıqla  məşğul  olsalar  da,  onların  aldığı  nəticələr 

müəyyən  vasitələrlə  mərkəzləşmiş  sistemə  daxil  ol-

masa, bu nəticələrin hələ böyük elmə aidiyyəti  yox-

dur.  Bütün  bəşəriyyət  miqyasında  vahid  bir  elm 



Elmşünaslığa giriş 

 

254



sistemi  vardır  ki,  hər  bir  xalq  və  hər  bir  alim  onun 

formalaşmasında  və  inkişafında  bu  və  ya  digər  də-

rəcədə iştirak edir. Amma elmin yekun bir sistem ki-

mi  idarə  olunması  və  yönəldilməsi,  onun  nəticələri-

nin tətbiq edilməsi xeyli dərəcədə fərqli bir hadisədir 

və  bu  yönəldicilər  sırasında  olmaq  heç  də  bütün  öl-

kələrə nəsib olmur. Bax, bu məsələdə siyasi və iqti-

sadi güc amili həlledici rol oynayır.  

Əlbəttə, nisbi lokal elm sistemləri də ola bilər. 

Məsələn, keçmiş SSRİ-nin elm sistemi buna bir nü-

munə idi. İ.V.Şulqina SSRİ-də elmin təşkilati struk-

turu və infrastrukturu ilə əlaqədar tədqiqat işində bir 

ölkə  daxilində  elmin  özünü  təşkilatlandıran  bir  sis-

tem kimi mövcudluq şərtlərini təhlil edərək yazır ki, 

bunun  üçün  mühüm  şərtlərdən  biri  elmin  maddi-

texniki bazasının təmin olunmasıdır ki, bu isə ancaq 

böyük  dövlətlərin  imkanı  daxilində  ola  bilər.

1

  Bu-



rada  miqyas  həqiqətən  çox  böyük  olmalıdır;  təkcə 

maddi-texniki bazanın deyil, həm də elmin öz daxili 

təşkilatlanmasının  təminatı  üçün.  Belə  ki,  müxtəlif 

elmi  tədqiqatların  müəyyən  bir  elm  sahəsini,  ən  azı 

müəyyən  bir  mövzunu  əhatə  edə  bilməsi,  işin  başa 

çatdırılması,  tətbiq  üçün  hazır  bir  hala  salınması 

üçün həm üfüqi, həm də vertikal müstəvilərdə geniş 

miqyaslı ictimai sistem yaradılmalıdır.  

                                                 

1

  И.Ф.  Шульгина.  Инфраструктура  науки  в  СССР.  М., 



Наука, 1988, c. 76. 

Elmin idarə olunması  

 

 



255

Əvvəla, hər bir tədqiqatçı üçün ilkin elmi mü-

hit tələb olunur. Mühitin formalaşması isə müəyyən 

bir ixtisas və hətta problem üzrə ən azı bir neçə mü-

təxəssisin  yetişdirilməsi  sayəsində  əldə  edilir.  Digər 

tərəfdən,  əmək  bölgüsünün  təmin  olunması,  birinin 

başladığı  işin  başqası  tərəfindən  davam  etdirilməsi, 

arada rabitənin qırılmasına yol verməmək üçün mər-

kəzləşmiş  əlaqələndirmə  və  əks-əlaqə  sistemləri  tə-

ləb  olunur.  Yoxsa,  başlanan  tədqiqat  yarı  yolda  kə-

silər və ictimai həyata vəsiqə ala bilməz. Yaxud təd-

qiqatçı  məcbur  olub  öz  yeniliyini  “xarici  bazara  çı-

xarmalı olur və çox vaxt öz məhsulunu pulsuz təklif 

edir.   


Kiçik  ölkələrdə  böyük  elm  sistemi  qurmaq 

mümkün  olmadığına  görə,  bu  ölkələrdə  aparılan  lo-

kal elmi tədqiqatlar gec-tez beynəlxalq miqyaslı bö-

yük  elmi  tədqiqat  zəncirinin  bir  parçası  olur.  Başqa 

sözlə desək, kiçik ölkələrdə fundamental elmlə məş-

ğul  olmağın  yeganə  yolu  böyük  elm  mərkəzləri  ilə 

rabitə  qurmaq,  bir  növ  onların  əlavəsinə  çevrilmək-

dir.  


Lakin  elmlər  tarixən  müasir  daxili  vəhdət  sə-

viyyəsinə böyük çətinliklə gəlib çatmışdır. İlk dövr-

lərdə  elmi  fəaliyyət  nəinki  ümumbəşəri,  planetar 

miqyasda,  heç  ayrı-ayrı  ölkələr  miqyasında  da  əla-

qələndirilməmiş, elmi tədqiqatlar pərakəndə xarakter 

daşımışdır.  Elmi  ictimaiyyət  bir  çox  tədqiqatlardan 

xəbərsiz  qalmış,  eyni  bir  ideya  müxtəlif  ölkələrdə 


Elmşünaslığa giriş 

 

256



dönə-dönə yenidən kəşf edilmişdir. Düzdür, tarix hər 

şeyi  sanki  yerinə  qoymuşdur.  Amma  alimlərin  öz 

aralarında  bütöv  əməkdaşlıq  şəbəkəsi  yaratması  hər 

ixtisas  üzrə  ölkə  və  dünya  miqyasında  elmi  icti-

maiyyətin  təmərküzləşməsi  hələ  vahid  elm  siste-

mindən danışmaq üçün yetərli sayıla bilməz. XVII–

XVIII əsrlərdə elm adamları bir-birini sadəcə olaraq 

ona  görə  tanıya  bilirdilər  ki,  elmi  fəaliyyət  geniş 

miqyas almamışdı və müəyyən problem üzrə çalışan 

tək-tək adamlar bir-birindən çətinliklə də olsa, xəbər 

tuta bilirdi. Bəzən heç bu da mümkün olmurdu. Am-

ma  elm  kütləviləşdikcə,  eyni  problemlər  üzrə  daha 

çox  bölgələrdə  və  daha  çox  adam  çalışdıqca,  təşki-

latlanmaya ehtiyac da artırdı. 

İlk  beynəlxalq  miqyaslı  və  yüksək  peşəkarlıq 

seçimi  ilə  fərqlənən  belə  təşkilatlardan  biri  London 

Kral  Cəmiyyəti  (1662-ci  il)  olmuşdur.  Ondan  az 

sonra 1666-cı ildə Fransa Kral Elmlər Akademiyası, 

1700-cü  ildə  isə  Berlin  Elmlər  Akademiyası,  1724-

cü  ildə  Peterburq  Akademiyası  yarandı.  Bütün  elm 

sahələrini əhatə edən Akademiyalarla paralel surətdə  

müəyyən  profillər  üzrə,  habelə  elm  və  sənətin  kə-

sişdiyi  sahələr  üzrə  yaranmış  ictimai  birliklərin  və 

təşkilatların  da  böyük  səfərbəredici  əhəmiyyəti  var 

idi.  

Beləliklə,  Yeni  Dövrdə  elmin  dindən,  fəlsəfə-



dən  və  təhsildən  ayrı,  müstəqil  təşkilati  formaları 

əmələ  gəldi.  Biz  müstəqillik  şərtini  ona  görə  xüsusi 



Elmin idarə olunması  

 

 



257

vurğulayırıq ki, əvvəllər elm adını çəkdiyimiz bu üç 

sahədən  hər  hansı  birinin  tərkibində  təşkilatlanmaq-

la, müasir mənada elmin yaranması və formalaşması 

üçün  baza  ola  bilmirdi.  Belə  ki,  hələ  eramızdan  əv-

vəl qədim Yunanıstanda yaradılmış Platon Akademi-

yası (e.ə. 387-ci il) müasir elm üçün nümunə ola bil-

məzdi. XVII əsrdə Avropada yaranan yeni Akademi-

yalar  bu  qədim  elm-fəlsəfə  məbədinin  sanki  ancaq 

adını saxlamışdılar; daha doğrusu, fəlsəfədən fərqini 

göstərmək  üçün  qarşısına  bir  elm  sözü  də  əlavə 

edirdilər:  Elmlər  Akademiyası.  London  və  Parisdən 

əvvəl  Akademiya  ənənəsinin  bərpası  Roma  və  Flo-

rensiyada  başlanmışdı.  1600-cü  ildə  Romada  və 

1651-ci  ildə  Florensiyada  yaranan  bir  növ  sinkretik 

Akademiyalarda  müstəqil  elmi  fəaliyyət  hələ  tam 

kristallaşmadığı  üçün  onların  ömrü  də  uzun  olma-

mışdı. O dövrdə fəaliyyət göstərən universitetlər, ya 

hələ  kilsədən  tam  ayrılmadıqlarına  görə  və  başlıca 

məqsədləri dini xadim hazırlamaq olduğuna görə, ya 

da təhsil funksiyasının elmə nisbətən üstünlük təşkil 

etdiyinə görə, elmin təşkilatlanması sahəsində yaran-

mış ehtiyacları ödəmək üçün yetərli deyildilər. Lakin 

bununla  belə,  universitetlər  bir  tam  halında  forma-

laşmaqda  olan  Avropa  elmi  üçün  əsas  kadr  bazaları 

idi.  


Avropada  ilk  universitetlər  islam  aləmindəki 

ilk  universitetlərdən  (məsələn,  Mərakeşdə  Karayin 

Universiteti  –  859-cu  il)  təqribən  2-3  əsr  sonra  ya-


Elmşünaslığa giriş 

 

258



ranmışdır;  1088-ci  ildə  Bolonyada,  1160-cı  ildə  Pa-

risdə,  1167-ci  ildə  Oksfordda,  1209-cu  ildə  Kem-

bricdə,  1224-cü  ildə  Neapolda  fəaliyyətə  başlayan 

ali  məktəblər  kilsə  ilə  əlaqəni  tam  kəsə  bilməsələr 

də, elmi biliyin yayılması və inkişafında mühüm rol 

oynayırdılar.  Lakin  onların  əsas  fəaliyyəti  təhsil  ol-

duğundan,  elmi  tədqiqatların  təşkili  və  dəyərləndi-

rilməsi sahəsində tələbatı ödəyə bilmirdilər.    

Akademiya və ya Elm Cəmiyyətləri adı altında 

yaranan  yeni  tipli  təşkilatların  isə  əsas  və  yeganə 

vəzifəsi elmi fəaliyyətlərin stimullaşdırılması və əla-

qələndirilməsi, habelə yeni elmi ideyaların  yayılma-

sından  ibarət  idi.  Tarixən  elmi  biliklərin  toplanması 

və  yayılmasına  xidmət  edən  ilk  böyük  elm  mərkəzi 

İskəndəriyyə  muzeyi  (e.ə.  III  əsr)  hesab  olunur  ki, 

onun da əsas sərvətlərindən biri hələ də öz şöhrətini 

itirməmiş  əfsanəvi  İskəndəriyyə  kitabxanası  olmuş-

dur.  Onun  bir  növ  analoqu  olan  Kordova  Akademi-

yası  (X  əsr)  da  məhz  o  dövr  üçün  ən  böyük  elmi 

kitabxanası  (400 000  nüsxə)  ilə  məşhur  idi.  Lakin 

tezliklə  Avropanın  dini-siyasi  xəritəsində  baş  verən 

dəyişikliklər bu böyük elmi mərkəzin də fəaliyyətinə 

son  qoydu.  XIII  əsrdə  ərəblərin  İspaniyadan  sıxış-

dırılıb  çıxarılması  ilə  bərabər,  Kordova  kitabxanası 

da yandırıldı.

1

 



                                                 

1

 Bax: И.А.Климишин. Открытие Вселенной. М., Наука, 



1987, с. 86-87. 

Elmin idarə olunması  

 

 



259

İlk  dövrlərdə  böyük  maddi  və  təşkilati  çətin-

liklər  olmasına  baxmayaraq,  elmin  institutlaşması 

sürətlə  gedirdi.  Bu  işə  təkan  verən  o  dövrdə  böyük 

nüfuz  sahibi  olan  bir  sıra  elm  adamlarının  şəxsi 

səyləri  və  entuziazmı  idi.  Məsələn,  London  Kral 

Cəmiyyətinin  yaranmasında  həmin  ərəfədə  yaşamış 

böyük  filosof  F.Bekonun  və  böyük  maarifçi  Yan 

Amos Kamenskinin də ideya və təklifləri mühüm rol 

oynamışdı. Bu cəmiyyətin üzvləri arasında İ.Nyuton 

(1703-1727-ci  illərdə  Cəmiyyətin  prezidenti  ol-

muşdur),  R.Boyl,  R.Huk  və  s.  görkəmli  elm  adam-

larının  olması  onun  nüfuzunu  və  fəaliyyət  dairəsini 

genişləndirirdi.  Həmin  dövrdə  demək  olar  ki,  bütün 

kəşf  və  ixtiralar  Cəmiyyətin  yığıncağında  məruzə 

olunur  və  müzakirə  edilirdi.  Hansı  isə  ideyanın  hə-

qiqiliyi  və  orijinallığı  haqqında  Cəmiyyətin  üzvü 

olan böyük elm adamları qərar çıxarırdı. Başqa sözlə 

desək, Cəmiyyət elmi ekspertiza funksiyasını da ye-

rinə yetirirdi.  

Bu təşkilat 350 ildən artıqdır ki, dünyanın apa-

rıcı  elm  mərkəzlərindən  biri  kimi  fəaliyyət  göstərir. 

Əslində  bilavasitə  elmi  fəaliyyətlə  məşğul  olmasa 

da,  London  Kral  Cəmiyyəti  elmin  stimullaşdırılma-

sında,  dəyərləndirilməsində  və  əlaqələndirilməsində 

bu gün də böyük rol oynayır. Onun sıralarında 1000 

nəfərə  yaxın  görkəmli  elm  xadimi  birləşir.  Cəmiy-

yətin  1665-ci  ildən  başlayaraq  bu  günədək  nəşr 

etdiyi  “Kral  Cəmiyyətinin  fəlsəfi  əsərləri”  jurnalı 


Elmşünaslığa giriş 

 

260



müntəzəm  surətdə  çap  olunan  ən  qədim  elmi  jurnal 

sayılır.  “Fəlsəfə”  sözünün  saxlanması  da  o  dövrlər-

dən  gələn  ənənəni  ifadə  edir.  Təsadüfi  deyil  ki, 

İ.Nyuton  da  mexanika  sahəsində  yazdığı  məşhur 

əsərinin  adını  “Naturfəlsəfənin  əsasları”  qoymuşdu. 

Avropada ən yüksək elmi dərəcənin də “fəlsəfə dok-

toru”  (Ph.D.)  adlanması  məhz  bu  ənənənin  davamı-

dır.  London Kral Cəmiyyətinin bu nəşri əslində fəl-

səfəyə yox, elmə aiddir. Burada “fəlsəfə” sözü natur-

fəlsəfə, yaxud müasir mənada təbiət elmi deməkdir.  

O dövrdə alimlərin hərtərəfli dəstəyə olan ehti-

yacı  getdikcə  artır  və  yeni  təşkilati  formalar  ortaya 

çıxırdı. Məsələn, 1795-ci ildə təsis olunmuş “Fransa 

texniki sənət və peşə konservatoriyası”, 1822-ci ildə 

yaradılmış  “Alman  təbiətşünasları  yığıncağı”  həmin 

dövrdə  elmin  inkişafında  mühüm  rol  oynamışdır. 

Baxmayaraq ki, London Kral Cəmiyyəti artıq yarım 

əsrdən  çox  idi  ki,  fəaliyyət  göstərirdi,  bu  təşkilat 

Britaniyada  və  bütövlükdə  Avropada  elm  adamları-

nın  fəaliyyətini  əlaqələndirmək  və  onlra  maddi  dəs-

tək  vermək  funksiyasını  yerinə  yetirməkdə  çətinlik 

çəkirdi. Həm də bu Cəmiyyət ilk cığır açanlardan ol-

duğu üçün onun yaradılması zamanı bir sıra təşkilati 

və  iqtisadi  xarakterli  amillər  nəzərə  alınmamışdı. 

Ona görə də, XIX əsrin əvvəllərində Avropa alimləri 

bütün  dünya  alimlərinin  nüfuz  və  səylərini  birləşdi-

rən  yeni  təşkilati  formalara  ehtiyac  hiss  edirdilər. 

Təsadüfi deyil ki, 1831-ci ildə paralel surətdə başqa 



Elmin idarə olunması  

 

 



261

bir  təşkilat  –  Elmin inkişafı  üzrə  Britaniya  Assosia-

siyası  (BAAS)  yaradıldı.  Həmin  illərdə  digər  Qərb 

ölkələrində də elmin təşkilatlanması sahəsində ciddi 

addımlar atılırdı: 1815-ci ildə İsveçrədə, 1822-ci ildə 

Almaniyada,  1833-cü  ildə  Fransada,  1839-cu  ildə 

İtaliyada və nəhayət 1848-ci ildə ABŞ-da analoji təş-

kilatların yaranması heç də təsadüfi deyildi. Əslində 

bu  dövr  elmin  zəfər  dövrü  adlandırıla  bilər;  çünki 

XIX  əsrdə  elm  özünün  artıq  yüksələnxətli  inkişaf 

mərhələsinə  keçmişdi  və  bu  dəyişiklikdə  elmin  icti-

mai təşkilatlanması da az rol oynamırdı.  

C.Pankaldi  özünün  “Elmin  beynəlmiləlliyi  və 

Britaniya  Assosiasiyası”  əsərində  milli  elm  institut-

larının təhlili haqqında yazdıqlarını şərh edir. Burada 

elmin  milli  çərçivədən  çıxması  zərurətindən  bəhs 

edilir. Elmin məzmununun universal xarakterinə uy-

ğun olaraq elmi fəaliyyətin də beynəlmiləlləşməsinin 

qaçılmaz olduğu göstərilir. Pankaldi buna uyğun ola-

raq  elmin  bütün  Avropa  miqyasında  təşkilatlanması 

ideyasını irəli sürürdü.

1

    



1828-ci  ildə  Bebbic  Avropa  Elm  Akademiya-

sını  yaratmaq  planı  ilə  çıxış  edir  və  onu  A.Hum-

boldta  təqdim  edir.  Elmi  obyektivliyi  və  kosmo-

politizmi qorumaq üçün Akademiyanın maraq dairə-

sindən  əxlaq,  siyasət  və  din  məsələlərini  çıxarmaq 

                                                 

1

  М.К.Петров.  Философские  проблемы  «науки  о  нау-



ке».  Предмет  социология  науки.  М.,  «Российская  полити-

ческая энциклопелдия», 2006, с. 364. 



Elmşünaslığa giriş 

 

262



təklif olunur. Diqqət əsasən dəqiq elmlərə yönəldilir. 

İlk növbədə elmi biliklərin mübadiləsinin təşkili mə-

sələsi önə çəkilir. O dövrün görkəmli alimlərinin sə-

yi  nəticəsində  Fransa,  Prussiya,  Danimarka  və  Ru-

siya bu ideyanı dəstəkləyir. Avropada elmi koopera-

siya  prosesi  XIX  əsrin  ikinci  yarısında  da  davam 

edir.   

1881-ci  ildə  Yorkda  bu  təşkilatın  altı  bölməsi 

yaranır: riyazi və fiziki elmlər, kimya, mineralogiya, 

geologiya  və  coğrafiya,  zoologiya  və  botanika,  me-

xanika.  C.Morell  və  A.Tekri  özlərinin  “Elmin  cent-

lmenləri” kitabında bu prosesin xronoloji ardıcıllığı-

nı verirlər. Onların cədvəlinə görə, Yorkda yaranmış 

təşkilatı  struktur  1832-ci  ildə  Oksfordda  (4  bölmə), 

1833-cü  ildə  Kembricdə  (6  bölmə),  1834  cü  ildə 

Edinburqda (6 bölmə), 1835-ci ildə Dublində (6 böl-

mə),  1836-cı  ildə  Bristolda  (7  bölmə)  və  sonrakı 

illərdə  İngiltərənin demək olar ki, bütün əsas şəhər-

lərində yayılır və çox geniş bir şəbəkəni əhatə edir.

1

  



Elmin  təşkili  sahəsində  XVIII-XIX  əsrlərdə 

formalaşan  ənənələr  XX  əsrdə  də  davam  etdirilmiş-

dir.  Bu  dövrdə  ən  böyük  elm  mərkəzlərinə  misal 

olaraq SSRİ Elmlər Akademiyasını və Qərbdə Maks 

Plank Cəmiyyətini göstərmək olar. 1948-ci ildə Qər-

bi  Almaniya  formalaşdırılarkən  həyata  keçirilən  ilk 

                                                 

1

 J.B.Morrell, A.Thackray. Gentlmen of science: Early years 



of  the  British  Association  for  the  Advancement  of  Science. 

Oxford, Claredon Press, 1981, pp. 453-454.  



Elmin idarə olunması  

 

 



263

mühüm  tədbirlərdən  biri  elmin  mərkəzləşmiş  inki-

şafı  sahəsində  atılan  addım  –  Maks  Plank  Cəmiy-

yətinin  yaradılması  oldu.  Hazırda  bu  böyük  elmi 

mərkəzin nəzdindəki 80 profildə elmi-tədqiqat insti-

tutlarında  15 000  işçi  çalışır  ki,  bunların  da  5  200 

nəfəri  elmi  dərəcəyə  malik  peşəkar  alimlərdir.  Mər-

kəzin büdcəsi ildə 1 milyard 300 milyon avrodur ki, 

onun da 80%-i ictimai mənbələrdən ödənir. Əlbəttə, 

Qərb  üçün  bu  cür  mərkəzləşmiş  elmi  təşkilatlar  ən-

ənəvi  deyil.  Orada  fundamental  tədqiqatlar  əsasən 

universitetlərdə  həyata  keçirilir.  Keçmiş  SSRİ  EA-

nın isə proobrazları Rusiya və bəzi MDB ölkələrində 

(o  cümlədən,  Azərbaycanda)  saxlansa  da,  onlar  əv-

vəlki səmərə ilə işləyə bilmir. Bu məsələni Rusiyalı 

ekspertlər dönə-dönə diqqətə çatdırırlar.

1

  

Əslində  heç  böyük  ölkələrdə  də  tam  müstəqil 



elm  sistemləri  mümkün  deyil.  Ona  görə  də,  böyük 

ölkələrdə ancaq nisbi müstəqil elmi fəaliyyət sistem-

ləri mövcuddur ki, onlar öz aralarında birləşərək pla-

netar miqyaslı böyük elm sistemini yaradırlar. 

Dövlətlərin  və  böyük  şirkətlərin  elmin  inkişa-

fında  maraqlı  olması  ilk  növbədə  onun  iqtisadi  sə-

mərə vermək imkanı ilə bağlıdır. Müasir iqtisadi sis-

temlərin strukturunda bir qayda olaraq elmi fəaliyyət 

və tətbiq üçün də yer nəzərdə tutulur.  

                                                 

1

  Məs.:  С.М.Рогов.  Невостребованность  науки  –  угроза 



безопасности  страны  //  Газета  «Поиск»,  №  12,  19  марта 

2010 г. 


Elmşünaslığa giriş 

 

264



Müasir  mərhələdə  bir  sıra  qabaqcıl  Qərb 

ölkələrində  fundamental  və  tətbiqi  elmlərin,  habelə 

təcrübi konstruktor işlərinin təşkili və idarə olunması 

dövlət  səviyyəsində  həyata  keçirilir.  İqtisadiyyatın 

böyük qisminin özəl sektora aid olması və ona görə 

də  yeni  elmi-texniki  işləmələrinin  sifarişçilərinin  də 

əsasən özəl müəssisələr olmasına baxmayaraq, elmi-

texniki  fəaliyyət  hökumətin  təşkilati  strukturuna 

daxil olan qurumlar vasitəsilə idarə olunur. Məsələn, 

İngiltərədə fundamental elmlər sahəsində tədqiqatla-

rın  yönləndirilməsi,  tənzimlənməsi  və  maliyyələşdi-

rilməsi Elm və Təhsil Nazirliyi tərəfindən, elmi-tex-

niki və təcrübi konstruktor işlərinin təşkili isə Texni-

ka  Nazirliyi  tərəfindən  həyata  keçirilir.  Təxminən 

eyni  struktur  Almaniyada  da  tətbiq  olunur.  Burada 

Elm  və  Təhsi  Nazirliyi  ilə  yanaşı,  Tədqiqatlar  və 

Texnologiyalar Nazirliyi fəaliyyət göstərir.

1

 Hazırda 



Qazaxstan, Gürcüstan və s. MDB ölkələri də analoji 

təşkilati  struktura  keçmək  üçün    mühüm  addımlar 

atmışdır. Ən əsası odur ki, fundamental elmlərin təh-

sillə birləşdirilməsi eyni elmi kadrların həm tədqiqat, 

həm  də  müəllimlik  fəaliyyəti  üçün  imkan  yaradır. 

Digər tərəfdən də, universitetlər öz elmi potensialına 

arxalana  bildikləri  üçün  özlərini  daha  güvənli  hiss 

edirlər.  

                                                 

1

  Н.В.Шелюбская.  Научно-техническая  политика  Вели-



кобритании, М., Наука, 1990, с. 34.  

Elmin idarə olunması  

 

 



265

İqtisadiyyatın  intensiv  inkişaf  xəttinə  keçiril-

məsinin mühüm şərtlərindən biri ən müasir tələblərə 

cavab  verən  mükəmməl  idarəetmə  sisteminin  yara-

dılmasıdır. Təsərrüfatın bütün sahələrinin iqtisadi sə-

mərəsi  getdikcə  daha  çox  dərəcədə  idarəetmə  for-

malarından  asılı  olur.  İdarəetmə  sisteminin  zərurili-

yini və mahiyyətini K.Marks çox gözəl ifadə etmiş-

dir: «Hər cür bilavasitə ictimai əmək və ya nisbətən 

böyük miqyasda sərf edilən birgə əmək çox və ya az 

dərəcədə  idarə  olunmağa  möhtacdır,  çünki  bu 

idarəetmə fərdi işlər arasında uyğunluq yaradır və is-

tehsal  orqanizminin  müstəqil  orqanlarının  hərəkə-

tindən fərqli olaraq, bütün istehsal orqanizminin hə-

rəkətindən  doğan  ümumi  funksiyaları  yerinə  yetirir. 

Ayrıca  bir  skripkaçı  özü  özünü  idarə  edir,  orkestri 

idarə etmək üçün isə dirijor lazımdır».

1

 



İstehsalın  elmi  surətdə  idarə  olunması  elmin 

istehsala  tətbiqinin  spesifik  formasıdır.  Belə  ki,  el-

min  inqilabi  səmərəsindən,  onun  bilavasitə  məhsul-

dar  qüvvəyə  çevrilməsindən  danışarkən  bir  qayda 

olaraq  təbiətşünaslığın  tətbiq  olunması:  yeni  enerji 

mənbələrinin tapılması, yeni materiallar hazırlanma-

sı  və  ilk  növbədə  yeni  keyfiyyətli  əmək  alətləri  – 

maşınlar,  avtomat  sistemlər  və  s.  düzəldilməsi  nə-

zərdə tutulur. Halbuki elm idarəetmə nəzəriyyəsi ki-

mi istehsala, iqtisadiyyata tətbiq olunarkən heç də az 

                                                 

1

 K.Marks. Kapital. I cild, Bakı, Azərnəşr, 1969, s. 334. 



Elmşünaslığa giriş 

 

266



səmərə  vermir.  Bu  zaman  elmin,  xüsusən  ictimai 

elmlərin,  kibernetikanın,  idarəetmə  nəzəriyyələrinin 

nailiyyətləri  texnikanın  yeniləşdirilməsinə,  texnoloji 

prinsiplərin  təkmilləşdirilməsinə  deyil,  istehsal  pro-

sesinin, Elm–Texnika–İstehsal zəncirinin ən optimal 

qayda üzrə təşkili məsələlərinə, maddi istehsalın təş-

kilati  strukturunun  yenidən  qurulmasına  tətbiq  olu-

nur. (Yeri gəlmişkən, burada ictimai elmlərin tətbiqi 

əhəmiyyəti,  onların  böyük  iqtisadi  səmərə  poten-

sialına malik olması özünü çox aydın büruzə verir). 

Elmi-texniki  tərəqqinin,  elmi-texniki  qarşılıqlı 

əlaqələrin  idarə  olunması  problemi,  ümumiyyətlə 

idarəetmə  işinin  xüsusi  hallarından  biridir.  Lakin 

əgər  istehsal  sahəsində  idarəetmə  işi  artıq  müəyyən 

tarixi  təcrübəyə  malikdirsə,  elmi-texniki  tərəqqi  sa-

həsində hətta ən qabaqcıl kapitalist ölkələrinin təcrü-

bəsi  də  çox  məhduddur.  Belə  ki,  bu  hadisənin  özü 

nisbətən təzədir və üstəlik çox böyük sürətlə dəyişir, 

yeni  cəhətlərlə  zənginləşir.  Ona  görə  də  elmin  və 

bütünlükdə elmi-texniki tərəqqinin elmi surətdə ida-

rə olunması çətindir. Lakin elmi idarəetmə sistemin-

də nəzərə alına bilməyən cəhətlər praktikada qismən 

də olsa nəzərə alınmışdır; belə ki, elmi-texniki tərəq-

qi  real  hadisədir  və  bilavasitə  bu  sahədə  çalışan 

adamlar onun təbii ehtiyaclarını hiss etməyə bilməz-

lər. Ona görə də, elm, texnika və istehsalat sahələri-

nin  idarə  olunması  praktikasını  mənimsəyən,  bila-

vasitə həmin sahələrə rəhbərlik edən işçilər, görkəm-




Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin