Elm yarandıqdan sonra hər şey



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7964
1   ...   14   15   16   17   18   19   20   21   ...   28
Elmşünaslığa giriş 

 

294



İqtisadiyyatın  intensivləşdirilməsi  prosesinin 

birinci  fazasının  öz  spesifik  sərhədləri  var  ki,  bu  da 

yeni texniki sistemlərin qurulmasında və onların me-

todikasının  işlənməsində  elmi  biliklərin  tətbiqindən 

irəli gəlir. İlk baxışdan elə gəlir ki, guya onların ara-

sında elə bir əsaslı fərq  yoxdur.  Axı, əvvəlcə  yalnız 

təcrübi nümunə qurulub istehsal olunur. Bu, təcrübə 

laboratoriyasında  baş  verir.  Yeni  texnikanın  kütləvi 

nüsxədə buraxılışı və istismarı isə təcrübə-konstruk-

siya  işləri  çərçivəsindən  ictimai  istehsal  sahəsinə 

keçid etməyi tələb edir. 

Əlbəttə, elmi-texniki tərəqqi müəyyən iqtisadi, 

sosial  və  təşkili  problemlərlə  bağlıdır.  Lakin  burada 

bu problemlər spesifik tərzdə təzahür edir. Bu halda 

söhbət  istehsalatın,  iqtisadiyyatın  yox,  elm  və  layi-

hələşdirmə  prosesinin  özünün,  yəni  elmi  biliklərin 

“maddiləşdirilməsinin”, “cismaniləşdirilməsinin” ilk 

mərhələsinin  elmi  təşkilindən  gedir.  Bu  sferaya  xas 

olan iqtisadi problemlər də spesifik xarakter daşıyır. 

Ümumi iqtisadiyyatdan fərqli olaraq  yeni bir sahə – 

elm  və  elmi-texniki  tərəqqinin  iqtisadiyyatı  –  mey-

dana gəlir. Elmi-texniki tərəqqi sferasındakı spesifik 

sosial hadisələr isə sosiologiyanın xüsusi sahəsi olan 

elm və elmi-texniki tərəqqi sosiologiyasının predme-

tini təşkil edir. 

Yeri  gəlmişkən  qeyd  edək  ki,  elm  sosiologi-

yası  sahəsində  tədqiqatlar  aparılsa  da,  elmi-texniki 

tərəqqinin sosiologiyası hələ ki, işlənməmiş bir sahə 



Elmin idarə olunması  

 

 



295

olaraq  qalır.  Elmi-texniki  tərəqqinin  sosial  nəticələ-

rinə  həsr  olunmuş  çoxlu  sayda  nəşrlər  olsa  da,  bu, 

nəzərdən keçirdiyimiz prosesin sosiologiyasını təşkil 

etmir.  Düzdür,  bir-birindən  fərqli  olan  bu  iki  prob-

lem bəzən əsassız olaraq eyniləşdirlir. 

Elmi-texniki  tərəqqinin  məzmunu  və  struktu-

runda,  habelə  “elm-texnika-istehsalat”  dövrəsində 

baş  verən  bugünkü  dəyişikliklərin  mahiyyəti  nədə-

dir?  E.A.Arab-oğlu  haqlı  olaraq  yazır  ki,  elmi-tex-

niki inqilabın gedişində, elm, texnika və istehsalatın 

bir-biri  ilə  qarşılıqlı  təsirləri  prosesində  liderlik  el-

mə,  nəzəri  biliyə  keçir

1

.  İnkişaf  templərinə  görə  də 



elm texnika və istehsalatı geridə qoymaqdadır. Lakin 

elm  nisbi  müstəqillik  qazanmasaydı,  yəni  təkcə 

praktikanın  tələbatları  əsasında  yox,  həm  də  öz  xü-

susi  bazası  üzərində  inkişaf  etmək  imkanı  əldə  et-

məsəydi, bu, mümkün olmazdı. Yalnız bu müstəqil, 

azad,  inkişaf  sayəsində  elm  özü  ilə  gözlənilməz 

şeylər  gətirmək,  yeni  praktiki  imkanlar  açmaq  iqti-

darında ola bilir. Bu imkanlar texnikanın inkişafının 

adi  məntiqi  nəticəsi  ola  bilməzdi.  Elmin  dərinliklə-

rində  yetişmiş  elmi-texniki  işləmələr  mövcud  texni-

ka  və  texnologiyadan  köklü  şəkildə  fərqlənə  bilir. 

Buna  misal  olaraq  atom  energetikasını,  kompüterlə-

ri,  lazer  texnikasını,  biotexnologiyanı,  xassələri  qa-

baqcadan  verilmiş  materialların  sintezini  və  s.  gös-

                                                 

1

 Э.А. Араб-оглы. Обозримое будущее. Социальные по-



следствия НТР: год 2000. М., 1986. s. 58-59. 

Elmşünaslığa giriş 

 

296



tərmək olar. 

Elmin texnika və istehsalatın sifarişlərini yeri-

nə  yetirən  adi  icraçıya  çevrilməməsi  üçün  onun  is-

tehsalata bağlılığından uzaq olmaq lazımdır, əlbəttə, 

bu  şərtlə  ki,  bu  müstəqillik  ifrat  dərəcəyə  çatmasın. 

Buna görə də elmi işlərin bir hissəsi (ədəbiyyatda bu 

hissə  “tətbiqi  tədqiqatlar”  anlayışından  fərqli  olaraq 

“fundamental  tədqiqatlar”  anlayışı  ilə  ifadə  olunur) 

bilavasitə  tətbiqə  yox,  elmin  özünün  inkişafının  tə-

min  edilməsinə,  onun  tamamilə  yeni  metodlarının 

yaradılmasına xidmət edir. Bu işlər praktikada tətbiq 

olunmur.  Bu  cür  işlərin  müəyyən  hissəsinin  təhlili 

konkret  nəticə  verərsə,  bu  nəticə  ilk  növbədə  elmin 

özündə tətbiq oluna bilər. 

Zənnimizcə,  elmi  nəticələrin  dəyəri  təkcə  on-

ların  bilavasitə  praktikada  tətbiqinə  görə  deyil,  həm 

də  nəzəri  əhəmiyyətinə  görə  müəyyən  olunmalıdır. 

Bəzən  nəzəri  nəticələr  xırda  miqyaslı  konkret  prak-

tiki  nəticələrdən  daha  əhəmiyyətli  ola  bilir.  Əksər 

hallarda  fundamental nəzəriyyələri texnikanın və  ya 

tətbiqi  tədqiqatların  zəifliyi  üzündən  tətbiq  etmək 

mümkün olmur. İş burasındadır ki, tətbiq sahələrinin 

müəyyənləşdirilməsi,  onun  metodika  və  texnolo-

giyalarının  işlənməsi  vəzifəsi  alimin  yox,  konstruk-

torların,  elmi-texniki  işçilərin  üzərinə  düşür.  Axı 

fəaliyyətin  ali  inkişaf  mərhələlərinə  aid  olan  bütün 

sahələrində  funksiyalar  diferensiasiya  olunmalıdır. 

Eynilə elmi fəaliyyət sırf praktiki fəaliyyətdən uzaq-



Elmin idarə olunması  

 

 



297

laşdıqca fəaliyyətin yeni sahəsi – elmi-texniki fəaliy-

yət  sahəsi  formalaşır.  Onun  qarşısında  duran  vəzifə 

yeni  elmi  nailiyyətlərin  texnikada  tətbiq  yollarını 

axtarıb tapmaqdan ibarətdir. Bununla da elmlə prak-

tikanın  bir-biri  ilə  optimal  şəkildə  birləşdirilməsi 

vəzifəsinin  həlli  fəaliyyətin  bu  yeni  formasının  op-

timal  təşkilinin  işlənməsi  kimi  göz  önünə  gəlir.  Bu 

vəzifənin  uğurla  öhdəsindən  gəlmək  üçün  elmi-tex-

niki  fəaliyyətin  mahiyyəti  və  məzmununu,  elmi  və 

mühəndis  fəaliyyətindən  fərqlənən  cəhətlərini  üzə 

çıxarmaq tələb olunur. 

Müasir fəlsəfi və iqtisadi tədqiqatlarda, habelə 

işgüzar  dairələrdə  elmin  istehsal  və  qeyri-istehsal 

sferaları ilə əlaqələrini gücləndirmək təşəbbüsləri bir 

çox  hallarda  elmi  fəaliyyətin  praktiki  məqsədlərə 

tabe etdirilməsi mövqeyindən qiymətləndirilir. Aka-

demik  elmi-tədqiqat  institutları  onların  fəaliyyətinin 

səmərəliliyinin  təyin  edilməsi  probleminin  kifayət 

qədər  işlənməməsi  üzündən  hesabat  verərkən  ya 

formal  göstəricilərdən  (nəşrlərin  sayı,  işlərin  həcmi 

və  s.),  ya  da  ki,  əldə  olunmuş  nəticələrin  praktiki 

tətbiqinin  iqtisadi  səmərəliliyindən  çıxış  edirlər. 

Lakin  fundamental  elmi  nailiyyətlərin  səviyyəsi  nə 

qədər yüksək olsa, ona iqtisadi səmərəlilik göstərici-

lərinə əsasən obyektiv qiymət vermək də bir o qədər 

çətin olur

1

. Bundan başqa, elmi biliyin “maddiləşdi-



                                                 

1

 Bu problem  Y.B.Tatarinovun 1986-cı ildə Moskvada çap 



Elmşünaslığa giriş 

 

298



rilməsi”  prosesi,  onun  praktiki  tətbiqi  elmin  öz  hü-

dudlarından  kənara  çıxaraq  bütövlükdə  təsərrüfat 

mexanizminin vəziyyətindən asılı olur. 

Buna baxmayaraq bəzi hallarda praktiki tətbiq 

şərti elm anlayışının mahiyyəti kimi anlanaraq hətta 

onun  tərifinə  də  daxil  etdirilir

1

.  Bazar  iqtisadiyyatı 



şəraitində  mahiyyətcə  elmin  istehsalatla  sərt  şəkildə 

əlaqələndirilməsi  ideyasına  demək  olar  ki,  bərabər 

olan  ideyalar  irəli  sürülür.  Bu  cür  ideyaların  həyata 

keçirilməsi elmin nisbi müstəqilliyini məhdudlaşdıra 

bilərdi. 

Tarixi  faktlara  nəzər  salsaq,  görə  bilərik  ki, 

keçmiş  SSRİ-də  elmin  coşqun  inkişafının  əsas  şərt-

lərindən  biri  elmin  mərkəzləşdirilmiş  və  nisbi  müs-

təqil təşkili olmuşdur. 

SSRİ-nın elmi-texniki tərəqqi sahəsində gerili-

yinin səbəbləri elmlə istehsalatın təşkilindən çox on-

ların  arasında  optimal  əlaqələrin  yaradılması  prob-

lemi ilə bağlı idi. 

Elmlə istehsalat arasında əlaqələrin təmin edil-

məsi  ya  onların  birbaşa,  bilavasitə  təşkili  baxımın-

dan birləşdirilməsi kimi başa düşülür ya da bu vəzifə 

                                                                                       

olunmuş «Проблемы оценки эффективности фундаменталь-

ных  исследований:  логико-методологические  аспекты»  ki-

tabında hərtərəfli araşdırılmışdır..  

1

 Н.В.Наливайко, В.В. Сергеева.  Всеобщность научной 



деятельности  и  творчество  ученого  //  Фундаментальные 

исследования и технический прогресс. Новосибирск, 1985. 

s. 245. 


Elmin idarə olunması  

 

 



299

gah elmi gah da istehsalat müəssisəsinin üzərinə qo-

yulur.  Lakin  bu  variantlardan  heç  biri  özünü  doğ-

rultmadı. 

Mürəkkəb  iyerarxik  sistem  olan  elmlə  maddi 

istehsalın  formalaşması  prosesi  əsrlər  boyu  cərəyan 

etmişdisə,  onların  arasında  xüsusi  bir  bağlayıcı  həl-

qəyə  tələb  yalnız  müasir  dövrdə  yaranmışdı.  Təbii 

ki,  bu  işdə  birdən-birə  mükəmməlliyə  nail  olmaq 

mümkün  deyil.  Əsasən  iqtisadi  mexanizmlərlə  tən-

zimlənən  bu  obyektiv  prosesin  spontan  olaraq  op-

timal təşkili formaya gətirib çıxaracağını zənn etmək 

düzgün  olmazdı.  Bu  gün  “elm-texnika-istehsalat” 

dövrənin  dərk  edilməsi  ən  aktual  məsələlərdən  biri-

dir, çünki elmi-texniki prosesin optimal təşkili yalnız 

yaxşı  işlənmiş  nəzəriyyə  əsasında  mümkündür.  Bu 

cür mühüm bir problemin həllində utilitar konsepsi-

yaların  təsirinə  düşmək,  perspektiv  və  çoxplanlı 

maraqları  müstəsna  olaraq  gündəlik  praktiki  məq-

sədlərə tabe etdirmək olmaz. 

Elmi  fəaliyyətin  son  məqsədi  həqiqəti  üzə 

çıxarmaq, mötəbər biliklər əldə etməkdir. Lakin elmi 

proses  fasiləsiz  olaraq  cərəyan  edir.  Əldə  olunmuş 

biliklər  artıq  növbəti  tədqiqat  dövrənin  ilkin  şərti 

kimi çıxış edir. “Kiçik dairə”nin hər birinin sonunda 

elmin  nəticələri  informasiya  əsası  kimi  onun  sərən-

camına daxil olur. Digər tərəfdən isə elm qapalı sis-

tem olmadığından onun nəticələri nəinki elmi prose-

sə  qayıdış  edir,  həmçinin  bir  qədər  müstəqillik  əldə 


Elmşünaslığa giriş 

 

300



etməklə  onun  çərçivələrindən  kənara  da  çıxır.  Belə-

liklə də məzmun baxımından eyni olan biliklər həm 

“elm”  sisteminə,  həm  də  müxtəlif  tətbiqi,  o  cümlə-

dən  texniki  yaradıcılıq  sferaların  nümayəndələrinin 

faydalandıqları başqa informasiya sisteminə də daxil 

olur.  Başqa  sözlə,  elmin  nəticələri  elmi  biliklərdən 

başqa  praktiki-peşə  və  gündəlik  biliklərin  də  daxil 

olduğu  tətbiqi  tədqiqatların  strukturuna  yalnız  kom-

pleks informasiya sistemi vasitəsilə daxil olur. Elmi 

biliyi  onların  ümumi  məxrəcinə  gətirmək  üçün  onu 

tətbiqi sferanın “dilinə” tərcümə etmək lazım gəlir. 

Yeni  elmi  nəticə  elmin  öz  hüdudları  çərçivə-

sində  və  bu  çərçivədən  kənarda  –  təhsil  sferasında, 

tətbiqi  sferalarda  fərqli  şəkildə  ifadə  olunur.  Elmin 

öz  nəticələrindən  faydalanması  üçün  bu  nəticələrin 

əlavə  emalına  ehtiyac  yoxdur.  Başqa  sözlə,  elmdə 

biliklər  gələcəkdə  elmin  öz  hüdudları  çərçivəsində 

istifadə üçün yararlı olan formada əldə olunur. Alim-

lərin özləri, təbii ki, elmin dilini bilirlər.  Lakin ixti-

raçıların  istifadə  üçün  təqdim  etdikləri  informasiya 

elə  bir  şəklə  salınmalıdır  ki,  onlar  onu  problemin 

elmi  mahiyyətini  başa  düşmədən  də  tətbiq  edə  bil-

sinlər. Axı elmi fəaliyyətin nəticələri elmi nəzəriyyə-

nin  kontekstindən  ayrılmayınca  və  dar  çərçivəli  xü-

susi  elmi  terminologiyada  ifadə  olunmayınca  onlar 

ixtiraçılar,  mühəndis-konstruktorlar  üçün  qaranlıq 

qalacaqdır.  Yəqin  ki,  dili  gündəlik  dilimizdən  çox 

uzaq  olan  nəzəri  tədqiqatların  nəticələrinin  tətbiqin-



Elmin idarə olunması  

 

 



301

də yubanmalar məhz bu səbəblə izah olunmalıdır. 

Elm nümayəndələri özləri nəzəriyyə sahəsində 

yeni  nəticələrin  tətbiqi  ilə  bağlı  işləri  öz  üzərlərinə 

götürdükdə, ixtiraçı, konstruktor və s. funksiyalarını 

icra etdikdə, bu nəticələr adətən praktikada vaxtında 

tətbiq  oluna  bilir.  (Bu  halda  “çevirmə”  gizli  şəkildə 

bir  insanın  fəaliyyəti  çərçivəsində  baş  verir).  Lakin 

ilk baxışdan diqqəti cəlb edən bu hal əslində hansısa 

nəzəri tədqiqat sahəsində bəlkə də əvəzsiz olan alim-

lərin  vaxtından  qeyri-səmərəli  istifadə  kimi  qiymət-

ləndirilməlidir. 

Bəs onda elmi nəticələri praktikada kim tətbiq 

etməlidir?  Bu  işlə  məhz bu  problem  üzrə  ixtisaslaş-

mış  insanlar,  yəni  elmi-texniki  işçilər  məşğul  olma-

lıdır. Onlar elmi-tədqiqat işlərini aparmır, özləri yeni 

elmi nəticələr əldə etmir, lakin elmi dili mükəmməl 

bildiklərinə görə elmin məlumatlarını praktikada tət-

biq  üçün  “emal”  edirlər.  Elmi  nəticələr  praktikanın 

müvafiq  sferasının  dilinə  vaxtında  “tərcümə”  olun-

duqda, ixtiraçılıq işi peşəkarlar tərəfindən və, şübhə-

siz ki, daha yaxşı yerinə yetirilə bilər. 

İxtiraçılıq  fəaliyyətinin  dili  layihələşdirmədir 

ki, bu da konkretliyi sevir. Deməli, yeni elmi biliyin 

tətbiqi prosesində mücərrəddən konkretə doğru həm 

məzmun  baxımından,  həm  də  formal  planda  ciddi 

addımlar atılmalıdır. Yeni bilik lazımi konkret forma 

almaqla tətbiqi fəaliyyətin strukturuna daxil olub ix-

tiraçılıq  imkanlarını  genişləndirir.  Bununla  da  elmi-


Elmşünaslığa giriş 

 

302



texniki  tərəqqinin  sürətləndirilməsi  problemi  tətbiqi 

fəaliyyətin  informasiya  təminatının  xüsusi  təşkilini 

nəzərdə tutmuş olur. 

İnformasiya  sistemləri  (mərkəzlər,  institutlar 

və s.) öz-özlüyündə mövcud etməyib ilk növbədə bi-

lavasitə  tətbiqi  sferanı,  xüsusən  də  elmi-texniki,  ix-

tiraçılıq  fəaliyyətini  təchiz  etmək  məqsədini  güd-

məlidir.  Başqa  sözlə,  yeni  elmi  informasiyanın  tət-

biqi  məqsədlərlə  emalı  və  tətbiqi  fəaliyyət  sferası 

vahid  sosial  təşkil  sisteminə  daxil  olmalıdır,  çünki 

elmi-texniki  fəaliyyətin  operativ  informasiya  təchi-

zatının  olmaması  elmi-texniki  tərəqqinin  sürətləndi-

rilməsinə mane olur. 

Deməli,  elmi  informasiyanın  vaxtında  tətbiqi 

fəaliyyətin dilinə “tərcümə” edilməsi elmi-texniki tə-

rəqqinin  strukturunda  mühüm  yerlərdən  birini  tutur. 

Elmi biliyin məzmunu bu arada əsaslı şəkildə dəyiş-

məsə də, o, insan fəaliyyətinin başqa bir müstəvisinə 

keçmiş  olur.  Bununla  da  obyektiv  qanunauyğunluq-

ların  ideal  inikası  olan  biliklər  bu  qanunauyğunluq-

ların  daha  bir  obyektiv  təzahürünə  xidmət  etmiş 

olur,  özü  də  bu  dəfə  əvvəlcədən  proqramlaşdırılmış 

(qurulmuş) süni sistemlərdə, texniki qurğularda. Bu-

rada  elmi  bilik  təbii  maddi  sistemdən  süni  sistemə 

doğru  yolda  inikas  məqamı  kimi  çıxış  edir.  Texniki 

sistem  sanki  maddiləşdirilmiş  bilik,  maddi  olanla 

ideal olanın özünəməxsus sintezinin nəticəsi kimi çı-

xış edir. 



Elmin idarə olunması  

 

 



303

Buna  görə  də  istehsalatın  intensivləşdirilməsi 

prosesinin  bütövlükdə  elmi-texniki  tərəqqini  əhatə 

edən  birinci  mərhələsi  mürəkkəb  bir  proses  kəsb 

edir.  Bu  prosesi  öz  növbəsində  yeni  elmi  biliklərin 

əldə olunması ilə başa çatan elmi fəaliyyət və bu bi-

liklərin  yeni  texnikada  maddiləşdirilməsi  prosesinin 

ifadəsi  olan  elmi-texniki  fəaliyyət  kimi  iki  hissəyə 

ayırmaq  olar.  Elmi  informasiyanın  işlənməsindən 

baş  alan  sonuncu  hissə  mühəndis  fəaliyyətinin  kö-

məyi ilə başa çatır. Mühəndis fəaliyyətindən keyfiy-

yətcə  tamamilə  yeni  hadisə  –  istehsal  sferası  başla-

yır.  Texniki  nümunə  istehsal  olunduqdan  və  sınaq-

dan keçirildikdən sonra onun kütləvi istehsalı başla-

yır.  Nəzərdən  keçirdiyimiz  dövrədə  növbəti  halqa 

yeni  texnikanın  istismarıdır,  yəni  texniki  yeniliyin 

istehsal  prosesinə  artıq  istehsalın  nəticəsi  kimi  yox, 

vasitəsi kimi daxil olmasıdır. 

Amma  böyük  miqyasda  tətbiq  olunan  hər  bir 

yeniliyin mümkün sosial-iqtisadi və ekoloji nəticələ-

ri  öncədən  proqnozlaşdırılmalıdır.  Belə  ki,  ictimai 

həyatın hər hansı sahəsinin yenidən qurulması kortə-

bii surətdə həyata keçirilə bilməz. Hər cür dəyişiklik 

müəyyən  nəzəri  əsasa  malik  olmalı  və  müxtəlif  sa-

hələrdəki  yeniləşmələr  bir-birini  tamamlamalıdır. 

Bu, sosial ekologiyanın mühüm şərtidir. 

Bütün  sahələrdəki  üstünlüyün,  geriliyin  ümu-

mi səbəblərindən biri əvvəlcə fəaliyyət göstərib son-

ra  düşünmək  bəlası  idi.  Nəticədə  bir  istiqamətdəki 


Elmşünaslığa giriş 

 

304



fəaliyyət  başqa  istiqamətdəkinə  zidd  gəlir,  bir  məq-

sədə  nail  olmaq  üçün  digər  məqsədin  qarşısı  kəsil-

miş  olurdu.  Əsasən  praktik  biliklər  səviyyəsində  tu-

tulan planlar, «sağlam düşüncə», adi şüur mövqeyin-

dən  aparılan  təşkilati  iş  mürəkkəb  sosial  sistemlərin 

səmərəli  surətdə  idarə  olunmasına  imkan  vermirdi. 

Elm «özü üçün elmə» çevrilmiş, təşkilati iş və maddi 

fəaliyyət sahələri bir növ ondan ayrı düşmüşdü. 

Müasir  mərhələdə  ictimai  həyatın  bütün  sahə-

ləri  o  dərəcədə  mürəkkəbləşmişdir  ki,  elmə  istinad 

etmədən  heç  bir  sahədə  müvəffəqiyyət  qazanmaq 

mümkün deyildir. İctimai həyatın istənilən sahəsinin 

elmi əsaslarla idarə olunmasına yaranan ehtiyac icti-

mai  elmlərin  praktik  rolunu  daha  da  artırmış,  elmin 

tətbiq sahəsi xeyli genişlənmişdir. 

Elmin  tətbiqindən  söhbət  gedəndə  onun  həm 

kənar  sahələrə,  həm  də  özünə  tətbiqi  və  öz-özünü 

təşkil edə bilmək xüsusiyyəti nəzərə alınmalıdır. El-

min  ictimai  həyata,  maddi  istehsala,  təhsil  və  mə-

dəniyyət sahələrinə tətbiqi, bu sahələrdən hər birinin 

elmi təşkili problemi ayrılıqda araşdırılmalıdır. 

Uzun müddət ölkəmizdə elmin sosial strukturu 

heç bir  ciddi elmi prinsiplərə əsaslanmadığından el-

mi  institutlar  mürəkkəbləşmiş,  diferensiallaşmış,  la-

kin  ənənəvi  təşkilati  formalar  saxlanmışdır.  Bir  çox 

hallarda  elmi  müəssisələrin  spesifikası  nəzərə  alın-

mamış,  təsərrüfat  müəssisələri  üçün  səciyyəvi  olan 

təşkilati strukturlar, inzibatçılıq metodları burada da 



Elmin idarə olunması  

 

 



305

tətbiq olunmuşdur. Regional elmi siyasət işlənib ha-

zırlanmamışdır.  Mərkəzi  elm  sisteminin  strukturu 

milli  respublikalara  tətbiq  edilmiş,  bir-birini  təkrar-

layan çoxlu tədqiqat institutları yaradılmışdır ki, hər 

bir  respublikada  bu  institutların  hamısını  ən  müasir 

avadanlıqla təchiz etmək mümkün olmamışdır. Eks-

tensiv  inkişaf  metodu  və  «gözdən  pərdə  asmaq» 

prinsipi rəhbər tutulmuşdur. 

Elmi  tədqiqatın  spesifikası  onun  təşkilati 

strukturunda nəzərə alınmadığından elm intensiv tə-

rəqqi  yoluna  keçə  bilməmiş,  kəmiyyət  dalınca  qa-

çarkən  keyfiyyət  unudulmuşdur.  İnstitutların,  labo-

ratoriyaların,  kafedraların,  elmi  işçilərin,  dərəcəli 

alimlərin  sayı  müstəqil  göstəricilərə  çevrildiyindən 

son  nəticə  haqqında  düşünmək  «yaddan  çıxmışdır». 

Hətta  bir  alimin  elmi  xidməti  kəmiyyət  göstəriciləri 

əsasında  müəyyən  edilmiş,  əsərlərin  sayı,  kitabların 

qalınlığı elmi səviyyənin meyarı kimi çıxış etmişdir. 

Respublikamızda elmin idarə olunması hələ də 

sosializmdən  qalma  ənənələrə  müvafiq  olaraq,  inzi-

batçılıq  yolu  ilə  həyata  keçirilir.  Həmin  dövrdə  el-

min  spesifikasını  nəzərə  almadan  elmi  institutlarda 

və  ali  məktəb  kafedralarında,  təsərrüfat  müəssisələ-

rində analoji nizam-intizam yaratmağa təşəbbüs gös-

tərilir, «təşkilatçılıq qabiliyyəti» olan adamlar elmdə 

də  «dəmir  qayda»ya  nail  olurdular.  Akademiyanın 

qapısı  ağzına  polis  işçiləri  qoyulması  və  ali  məktəb 

müəllimlərinin,  başqa  müəssisələrdə  çalışan  alimlə-


Elmşünaslığa giriş 

 

306



rin  içəri  buraxılmaması,  elmi  işçilərdən  elmi  nəticə 

soruşmaq  əvəzinə,  onların  səkkiz  saat  şöbədə  otur-

malarının  təmin  edilməsi  elmi  işin  və  elmi  əmək-

daşlığın spesifikasını «unutmaqdan» irəli gəlirdi.  

Təəssüflə  qeyd  edilməlidir  ki,  bizdə  elmi  mü-

əssisələrin  rəhbərləri  üçün  elmin  metodologiyasın-

dan  və  elmşünaslıqdan  xüsusi  kurslar  keçilmir,  on-

ların  həmin  sahədə  əlavə  bilik  əldə  etməsi  və  tək-

milləşdirilməsi  üçün  heç  bir  tədbir  görülmür.  Son 

dövrlər xalq təsərrüfatının idarə olunması üzrə kurs-

lar  keçilməsinə  başlanmış,  bu  məqsədlə  respublika-

mızda  xüsusi  institutlar  açılmışdır.  Bizcə,  elmi  mü-

əssisələrin idarə olunması sahəsində də həmin sahə-

nin  spesifikasını  nəzərə  alan  analoji  kurslara  böyük 

ehtiyac  vardır.  Görkəmli  mütəxəssislər  arasından 

elm  üçün  rəhbər  kadrlar  hazırlanması,  elmin  idarə 

edilməsi yollarının tədris olunması və bu sahədə sə-

riştəli  adamların  professional  səviyyədə  müəyyən-

ləşdirilməsi  elmdə  yenidənqurma  işinin  əsasında 

durmalıdır. 

Elmşünaslıq problemlərinin böyük bilicisi Xu-

du  Məmmədov  danışırdı  ki,  akademik  İ.Vekua  No-

vosibirskdən qayıdaraq Gürcüstan SSR Elmlər Aka-

demiyasına  prezident  təyin  olunandan  sonra  bir  sıra 

dəyişikliklər  həyata  keçirir  ki,  köhnə  stereotiplərə 

uyğunlaşmış adamlar bunu heç cür qəbul edə bilmir-

lər.  Onun  təşəbbüsü  ilə  yeni  elmi-tədqiqat  institutu 

açılır  və  bura  yüksək  maaşla  istedadlı  gənc  alimlər 



Elmin idarə olunması  

 

 



307

cəlb olunur. Bu alimlər işə vaxtlı-vaxtında gəlib get-

mədiyi  üçün  və  hər  kvartalda  konkret  nəticələr 

əsasında  hesabat  vermək  əvəzinə  taleyi  qabaqcadan 

məlum olmayan «uzaq məqsədlər» uğrunda çalışdıq-

ları üçün bir qrup qanunpərəst Moskvaya şikayət ya-

zır ki, akademik İ.Vekua dövlət pulunu havayı xərc-

ləyir, işə gəlməyən adamlara yüksək maaş verir, on-

ları  növbəsiz  mənzillə  təmin  edir.  Yoxlama  gəlib  iş 

vaxtında deyilənlərin doğru olduğunu müəyyən edir. 

Axşam komissiya üzvləri hansı isə yubiley məclisin-

də  iştirak  edir  və  gecə  yarısı  banketdən  qayıdanda 

akademik  İ.Vekua  maşınları  həmin  institutun  ya-

nından sürməyi xahiş edir. Baxıb görürlər ki, gündüz 

adamsız olan otaqların çoxunda gecə işıq yanır. Mə-

lum  olur  ki,  tədqiqatçılar  məhz  «iş  vaxtı»  adlanan 

müddətdə  deyil,  onlara  yaradıcılıq  üçün  hansı  vaxt 

münasibdirsə, o vaxtda işləyirlər. İşçilərə verilən bu 

sərbəstlik  elmi  işlərin  səmərəsini  daha  da  artırır. 

Onların hər kvartalda konkret nəticə tələbindən xilas 

edilməsi,  onlara  etimad  göstərilməsi  və  şərait  yara-

dılması diqqəti daha böyük problemlərə yönəltməyə, 

təkcə elmin bu günü üçün deyil, həm də sabahı üçün 

çalışmağa imkan yaradıb. 

Elmdə  formal  hesabat  sisteminin  tətbiq  edil-

məsi  nəinki  məsuliyyət  hissini  artırmır,  hətta  əsl  el-

mi  meyarları  pərdələməklə  qarışqanı  fil,  fili  qarışqa 

etməyə  imkan  yaradır,  elm  sahəsində  «pripiska»nın 

yayılmasına səbəb olur. Əksər elmi-tədqiqat institut-


Elmşünaslığa giriş 

 

308



larında  və  xüsusən  ali  məktəb  kafedralarında  plan 

üzrə görülən illik elmi iş dedikdə kompüterdə səliqə 

ilə  yığılmış  müəyyən  həcmli  (yenə  də  kəmiyyət 

meyar kimi çıxış edir) yazı nəzərdə tutulur. Onun el-

mi  dəyərini  isbat  etmək  üçün  istənilən  iki  nəfərdən 

rəy almaq kifayətdir. Nəticədə hamı bir-birinin işinə 

gözəl rəylər  yazır və  «tədqiqat işləri» müəllimin ça-

lışdığı  şöbədə  və  ya  kafedrada  «müzakirə  olunur». 

Rəqabət  prinsipi  işləməyən  yerdə  heç  kim  öz  yol-

daşına  qarşı  «bədxahlıq»  etmək  niyyətinə  düşmür. 

Əgər  tək-tək  istisnalar  varsa,  bunlar  da  elmi  prin-

sipiallıqdan  yox,  şəxsi  münasibətdən  doğur.  Çünki 

elmi  rəqabət  mühiti  və  dəqiq  elmi  meyarlar  olma-

yanda dəyərsiz «tədqiqatları» tərifləmək, həqiqi elmi 

sanbalı  olan  tədqiqatları  isə  «alt-üst»  etmək  müm-

kündür.  Beləliklə,  elmin  təşkilati  strukturunda  ən 

mühüm  halqalardan  biri  ciddi  elmilik  meyarlarına 

əsaslanan ekspertiza sisteminin yaradılmasıdır.  

Müasir  dövrdə  elmin  sosial  strukturunun  opti-

mal  təşkili  ilə  əlaqədar  problemlər  çoxdur.  Elmin 

özünü  kompleks  surətdə  tədqiq  etmədən,  elmşünas-

lığın  nailiyyətlərinə  istinad  olunmadan  bu  problem-

ləri  uğurla  həll  etmək  mümkün  deyildir.  Bundan 

başqa,  elmin  koqnitiv  və  sosial  rakurslarını  düzgün 

əlaqələndirə  bilmək  üçün  regionun  milli  təfəkkür 

tərzinin spesifikası və tarixi ənənələri nəzərə alınma-

lıdır.  Bu  baxımdan  respublikamızın  sosial,  iqtisadi 

və milli-mədəni xüsusiyyətlərini əks etdirən regional 



Elmin idarə olunması  

 

 



309

elmşünaslığın xüsusi bir tədqiqat sahəsi kimi inkişaf 

etdirilməsinə  və  onun  nəticələrinin  elmin  təşkilində 

nəzərə alınmasına böyük ehtiyac vardır. 

 


 

 

 



 

 

 



Elm və texnikanın 

ə

laqə formaları 

 

 



Elm,  texnika  və  istehsalın  qarşılıqlı  əlaqə  və 

vəhdətindən  danışarkən  qarşıya  çıxan  birinci  sual 

bunlardan  hansının  həlledici,  aparıcı  rol  oynaması-

dır. Əgər bu tərəflərin qarşılıqlı əlaqəsini tarixi ardı-

cıllıqla  izləmiş  olsaq,  görərik  ki,  insanların  maddi 

həyatı, maddi ehtiyacları əmək alətlərinin, ilk texniki 

vasitələrin  düzəldilməsin  və  istifadə  olunmasını  zə-

ruri  etmiş  və  bu  vasitələrin  təkmilləşdirilməsi  ob-

yektiv  gerçəkliyin  öyrənilməsi  sayəsində  mümkün 

olmuşdur. İdrak prosesi, yeni biliklərin əldə olunma-

sı  insanların  maddi  fəaliyyətinin  məhsulu  olsa  da, 

getdikcə daha çox dərəcədə bu maddi fəaliyyətə nü-

fuz etmiş, onun daha məqsədyönlü və daha səmərəli 

olmasına  imkan  yaratmışdır.  Beləliklə,  hələ  elmin 

bir  sistem  kimi  formalaşmasından  çox-çox  əvvəl 

texniki  tərəqqi  gerçəkliyin  öyrənilməsi  ilə  qarşılıqlı 

əlaqədə  olmuş  və  nisbi  müstəqil  elm  sahələrinin 

meydana gəlməsinə böyük təkan vermişdir. Deməli, 

texniki tərəqqi elmdən əvvəl də mövcud olmuşdur. 


Elm və texnika  

 

 



311

Müasir dövrdə isə texniki tərəqqi, bir tərəfdən, 

nisbi müstəqil şəkildə davam edir, digər tərəfdən də 

elmin  ən  yeni  nailiyyətləri  əsasında  yeni  vüsət  alır. 

Ona görə də müasir dövrdə texnikanın və texniki tə-

rəqqinin  tədqiqi  iqtisadi  inkişafın  əsas  amili  olan 

elmi-texniki  tərəqqinin  sürətləndirilməsi,  bu  hadisə-

nin daxili strukturunun öyrənilməsi və nəzəri  cəhət-

dən əsaslandırılması üçün mühüm rol oynayır. Elmi-

texniki  inqilab  şəraitində  texniki  tərəqqi  əsasən  el-

min təsiri ilə həyata keçsə də, öz nisbi müstəqilliyini 

itirməmişdir  və  onun  ayrılıqda  nəzərdən  keçirilməsi 

tamamilə mümkündür. Şübhəsiz ki, bu halda texniki 

tərəqqinin elmi-texniki tərəqqi ilə paralel olaraq, nis-

bi  müstəqil  surətdə  davam  etməsinin  mümkün  şərt-

ləri müəyyən edilməlidir. 

Müasir  dövrdə  respublikamızda  elmi-texniki 

tərəqqi  və  nisbi  müstəqil  texniki  tərəqqi  hadisələri-

nin  nisbətinin  kəmiyyətcə  qiymətləndirə  bilmək 

üçün  faktiki  materiala  müraciət  etsək  görərik  ki,  el-

min iqtisadi səmərəsi ixtiraçı və səmərələşdiricilərin 

fəaliyyətindən  qat-qat  çoxdur.  Təbii  olaraq  sual  or-

taya  çıxır  ki,  belə  böyük  fərq  müqabilindəki  bəra-

bərlik nəyin hesabınadır? 

EA-nın irəli sürdüyü elmi ideyaların istehsala-

ta  tətbiqi  elmi-texniki  fəaliyyət  sayəsində  mümkün 

olduğu  halda,  ixtiraçı  və  səmərələşdiricilərin  təklif-

ləri yeni elmi ideyalar əsasında olmayıb praktik bili-

yə əsaslanır və nisbi müstəqil texniki tərəqqi hadisə-


Elmşünaslığa giriş 

 

312



sinə uyğundur. Müasir dövrdə texnikada köklü yeni-

liklər  yalnız  yeni  elmi  kəşflərin  tətbiqi  sayəsində 

mümkün  olduğundan  məlum  elmi  prinsiplər  əsasın-

da düzəldilmiş texniki qurğuları onların bilavasitə is-

tifadə  edilməsi  prosesində,  praktik  səmərə  və  əməli 

təcrübə  mövqeyindən  ancaq  təkmilləşdirmək  müm-

kündür. 

Texniki  qurğuların  təkmilləşdirilməsinə,  daha 

əlverişli və məqsədəuyğun şəkildə yenidən qurulma-

sına xidmət edən texniki ixtiralar, əlbəttə, sayca çox 

olsa  da,  böyük  iqtisadi  səmərə  verə  bilməz.  Başqa 

sözlə,  belə  təkliflər  köklü  dəyişikliyə  səbəb  olmadı-

ğından, müəyyən miqdar iqtisadi səmərə əldə etmək 

üçün onların sayı da çox olmalıdır. 

Elmi-texniki  tərəqqinin  isə  xarakteri  başqadır. 

Burada, bir tərəfdən istehsalın bütövlükdə yeni prin-

siplər  əsasında  qurulmasına  imkan  verən  elmi-tex-

niki təkliflər tətbiq olunur; ikincisi, bu təkliflər lokal 

xarakter  daşımır,  texniki  qurğunun  heç  də  yalnız 

müəyyən  bir  hissəsinin,  cəhətinin  dəyişdirilməsinə 

həsr  olunmayıb,  sistemli  xarakterə  malikdir.  Başqa 

sözlə,  yeniləşdirmə  istehsal  prosesinin  bir  mərhələ-

sini deyil, bir neçə mərhələsini və ya bütövlükdə is-

tehsal prosesini əhatə etməklə yalnız keyfiyyətcə ye-

nilik  olmayıb,  miqyas  genişliyi  ilə  də  fərqlənir. 

Üçüncüsü,  bu  cür  yeniliklər  konkret  bir  istehsal 

müəssisəsi daxilində, həmin müəssisənin spesifikası-

nı  nəzərə  alan  və  yalnız  həmin  müəssisədə  tətbiq 



Elm və texnika  

 

 



313

olunan ixtiralardan fərqli olaraq universal tətbiq im-

kanlarına malikdir və eyni tipli bütün müəssisələrdə 

tətbiq  olunduğundan  verdiyi  iqtisadi  səmərə  də  bö-

yük olur. 

Texniki səmərələşdirici təkliflər prinsipcə küt-

ləvi xarakter daşıya bilər. Texnikanın yeni elmi kəşf-

lər  əsasında  dəyişdirilməsi  isə  xüsusi  elmi-texniki 

axtarışlar tələb etdiyinə görə, bütöv institutlarla vasi-

tələnir və kompleks tədqiqatlar sayəsində həyata ke-

çir. Bu sahədə  yenilik əldə edilməsi çətindir və küt-

ləvi  xarakter  daşıya  bilməz.  Lakin  xüsusi  xarakterli 

bu  cür  yeniliklər  fundamentallığı  ilə  seçilir  və  on-

ların  istehsalata  tətbiqi  bütün  ölkə  miqyasında  nə-

zərdə tutulur. Deməli, bu halda ixtiralar sayca məh-

dud  olsa  da  tətbiq  kütləvi  miqyas  alır.  İqtisadi  sə-

mərələrin bərabərliyi də elə bununla izah olan bilər. 

Mövcud vəziyyətin təhlilindən çıxış edərək nə 

kimi tövsiyələr vermək olar? 

Əvvəla, nisbi müstəqil texniki tərəqqi prosesi-

ni daha da sürətləndirmək, ayrı-ayrı müəssisələrdəki 

səmərələşdirici  təkliflərin  məqsədəuyğunluğunun 

qiymətləndirmək üçün yüksək iqtisadi operativ qrup 

fəaliyyət  göstərməlidir.  Müəssisə  rəhbərliyi  həmin 

qrupla  məsləhətləşdikdən  sonra  heç  bir  başqa  inzi-

bati  mərhələyə  müraciət  etmədən  verilən  təklifi 

praktik  olaraq  yoxlamaq  və  bu  təklif  özünü  doğrul-

dursa  onu  bütün  müəssisə  miqyasında  kütləvi  su-

rətdə  tətbiq  etmək  hüququna  malik  olmalıdır.  Tex-


Elmşünaslığa giriş 

 

314



niki yenidənqurmanın daxili qüvvələr hesabına (tək-

cə daxili fiziki qüvvə yox, həm də daxili intellektual 

qüvvə,  müəssisə  işçilərinin  mənəvi-intellektual  po-

tensialından istifadə edilməsi və bununla həm də bu 

potensialın  inkişaf  etdirilməsi)  həyata  keçirilməsi 

müəssisədaxili  şərait  və  təfərrüatları  nəzərə  almağa 

imkan verməklə yanaşı, operativliyi artırır, çoxpilləli 

rəhbərliyin,  mərkəzləşmənin  çox  vaxt  bürokratizm 

şəklində  təzahür  edən  mənfi  təsirlərini  aradan  qal-

dırır,  texniki  tərəqqinin  intensivliyini  yüksəldir.  Bu 

baxımdan,  bazar  iqtisadiyyatı  müəssisələrin  müstə-

qilliyini artırmaqla texniki tərəqqi sahəsində də azad 

rəqabətə imkan açır. 

İkincisi, bir sıra hallarda ayrı-ayrı müəssisələr-

də  irəli  sürülən  və  tətbiq  olunan  texniki  yeniliklər 

yalnız  yerli  əhəmiyyətə  malik  olmayıb,  həmin  tipli 

başqa müəssisələrdə də tətbiq oluna bilər. Ona görə 

də  müəssisələrarası  texniki  informasiya  və  təcrübə 

mübadiləsinə ehtiyac var. Bir sıra hallarda belə əlaqə 

elmi-texniki cəmiyyətlər tərəfindən təmin olunur. 

Elmi-texniki  tərəqqinin  nisbi  müstəqil  texniki 

tərəqqi ilə eyni tərtibdə səmərə verməsi onun böyük 

imkanlarından çox az istifadə olunduğunu göstərir.  

Təkcə  elmi  tədqiqatlar  müasir  dövrdə  iqtisa-

diyyatda  qarşıya  çıxan  elmi-texniki  ehtiyacları  ödə-

mək üçün çox azdır. Qarşıda duran problemin əhatə 

dairəsi akademik tədqiqatların imkanlarından kənara 

çıxır.  Müasir  dövrdə  elm  o  dərəcədə  zəngin  və  hər-



Elm və texnika  

 

 



315

tərəflidir  ki,  onu  bütövlükdə  əhatə  etmək  bir  ölkə 

üçün,  hətta  böyük  bir  ölkə  üçün  də  çətindir.  Buna 

görə  də  elmi  tədqiqatların  konkret  proqramlar  üzrə 

həyata  keçirilməsi,  başqa  sahələrdə  isə  dünya  elmi-

nin  hazır  nailiyyətlərinin  öyrənilməsi,  qlobal  miq-

yasda elmi əməkdaşlıq mühüm şərtlərdir. 

İkincisi, elmə müəyyən zəruri ətalət, konserva-

tizm xas olduğundan istənilən anda tədqiqatları lazı-

mi  istiqamətə  yönəltmək  mümkün  deyil.  Bir  tədqi-

qatın yarımçıq kəsilməsi və tezcə başqa, daha aktual 

görünən  aspektə  keçilməsi  kimi  başa  düşülən  «ope-

rativlik»  külli  miqdarda  dövlət  əmlakının  hədər  it-

məsinə səbəb ola bilər. 

Respublika  iqtisadiyyatına  yeni  elmi-texniki 

nailiyyətlərin  tətbiqi  işində  təkcə  Akademiya  insti-

tutlarının  elmi  nailiyyətlərinə  deyil,  müxtəlif  nazir-

liklər və istehsalat müəssisələri nəzdində olan (və ya 

olmalı  olan  –  elmi-texniki  inqilab  tələb  edir  ki,  bir 

tərəfdən,  elmi  tədqiqat  müəssisələri  nəzdində  isteh-

salat  müəssisələri  olsun, digər  tərəfdən  də  istehsalat 

müəssisələri nəzdində ixtisaslaşmış elmi tədqiqat la-

boratoriyaları və ya hətta institutları fəaliyyət göstər-

sin)  tədqiqat  institutlarının  və  s.  birgə  nailiyyətlə-

rinə,  habelə  bütün  planet  miqyasında  elmi  yenilik-

lərə,  xarici  ölkələrdəki  elmi  tədqiqatların  da  nəticə-

lərinə istinad edilməlidir. Bunun üçün isə ilk növbə-

də yerli təsərrüfatın əsas sahələri üçün müəyyən ma-

raq  kəsb  edən,  bu  sahədə  tətbiqi  əhəmiyyətə  malik 


Elmşünaslığa giriş 

 

316



olan  elmi  nəticələri  toplamaq  və  seçmək  tələb  olu-

nur.  İkincisi,  bu  cür  elmi  tədqiqat  işlərinin,  alınmış 

elmi  nəticələrin  yerli  müəssisələrin  konkret  tələblə-

rinə  uyğun  olaraq  tətbiq  edilməsi  sahəsində  elmi-

texniki  axtarışlar  aparılmalıdır.  Və  nəhayət,  alınmış 

elmi-texniki nəticələr ilk mühəndis-konstruktor işlə-

rindən sonra müəssisələrin birində və ya sınaq bazar-

larında təcrübədən keçirilməli və sonra kütləvi isteh-

sala,  müəyyən  profili  və  xüsusiyyəti  bütün  istehsal 

müəssisələrinə  tətbiq  olunmalıdır.  Bu  məqsədlə  əv-

vəlcə  həmin  texniki  avadanlığın  özünün  kütləvi,  se-

riyalı  buraxılışına  nail  olmaq  və  bu  sahədə  artıq  ta-

mamilə  yeni,  özünəməxsus  elmi-texniki  və  mühən-

dis-konstruktor  işi,  xüsusi  istehsal  sahəsi  yaratmaq 

lazım gəlir. 

Müasir  dövrdə  elmi-texniki  tərəqqinin  sürət-

ləndirilməsi və iqtisadiyyatda intensiv inkişaf yoluna 

keçid tələbinin ödənilməsi üçün elmi və elmi-texniki 

tədqiqat  sahələri  arasındakı  keyfiyyət  fərqini  nəzərə 

almaq və bu sahədəki işin təşkilini Elmlər Akademi-

yasından tələb etmək yox, bu məqsədlə xüsusi Elmi-

texniki Mərkəz yaratmaq mühüm şərtdir. 

Bu  Mərkəz  fundamental  elmi  tədqiqatlardan 

fərqli olaraq aşağıdakı funksiyaları icra etməlidir: 

1.

 

Ölkənin  iqtisadiyyatının  qoyduğu  konkret 



texniki  tələblərin  öyrənilməsi.  Bunun  üçün  yerlərdə 

mühəndis-texniki  işçilərin  və  fəhlələrin  rəyləri,  tək-

lifləri,  şikayətləri,  çətinlikləri  və  s.  nəzərə  alınmalı 


Elm və texnika  

 

 



317

və  bununla  yanaşı,  Mərkəzin  özünün  təşkil  etdiyi 

mütəxəssislərdən  ibarət  qruplar  tərəfindən  yoxlama-

lar aparılmalıdır. Onların köməkliyi ilə yerlərdə tex-

niki  tələbatın  düzgün  müəyyənləşdirilməsi  və  Mər-

kəzə çatdırılması təmin edilir, yerlərdən alınan infor-

masiya  əsasında  yoxlamalar  aparılır,  ən  mühüm  və 

zəruri  texniki  ehtiyaclar  qeyd  edilir  və  tədqiqat  isti-

qamətləri  planlaşdırılarkən  bu,  nəzərə  alınır.  Bu  cür 

texniki ehtiyaclar iki qrupa ayrıla bilər. 

a)  Mövcud  texniki  biliklərin  səmərəli  tətbiqi, 

texniki  tərəqqinin  öz  sərhədləri  daxilində  aparılan 

axtarışlar  nəticəsində  ödənilə  bilən  ehtiyaclar.  Bu 

məqsədlə  mühəndis-konstruktor  bürolarına,  ixtiraçı 

və  səmərələşdiricilər  cəmiyyətinə  və  s.  müraciət 

edilməlidir. 

b) Praktik biliyin sərhədlərindən kənara çıxan, 

yalnız  ən  yeni  elmi  nailiyyətlərin  tətbiqi  sayəsində 

ödənilə  bilən  texniki  ehtiyaclar.  Bu  halda  Elmi-tex-

niki  Mərkəz  həmin  texniki  tələbatın  spesifikasına 

uyğun olaraq ümumdünya miqyasında əldə olunmuş 

elmi nailiyyətləri nəzərdən keçirir və problemin həl-

linə imkan verən elmi nəticələrin tətbiq yollarını ax-

tarır.  Əgər  elmin  özündə  həmin  istiqamət  hələ  zəif 

işlənmişdirsə,  Elmi-texniki  Mərkəz  fundamental  el-

mi  tədqiqat  aparan  müvafiq  elmi  müəssisələrə  si-

farişlər  verir.  yəni  elmin  inkişafı  da  texniki  tələbata 

uyğun olaraq istiqamətləndirilir. 

2. Deməli, yerli iqtisadiyyatın texniki tələbləri-


Elmşünaslığa giriş 

 

318



nin  əsas  istiqamətləri  müəyyənləşdirildikdən  sonra, 

ilk  növbədə  məhz  həmin  istiqamətlərə  dair  elmi  və 

elmi-texniki informasiyaların toplanması lazım gəlir 

və  bu  sahədə  İnformasiya  Mərkəzinin  (deməli,  həm 

də  belə  bir  mərkəz  yaradılmalıdır)  işi  Elmi-texniki 

Mərkəzin  işi  ilə  əlaqələndirilməlidir.  Digər  tərəfdən 

də, nəyi isə qabaqcadan lazımsız kimi qiymətləndir-

mək, hansı isə yenilikdən könüllü surətdə imtina et-

məmək üçün, yerli texniki tələblərlə ilk baxışda əla-

qəsi görünməyən, lakin özlüyündə maraqlı olan elmi 

və  elmi-texniki  yeniliklərin  də  toplanması  zəruridir. 

Onlardan  necə,  hansı  məqsədlərlə,  nə  kimi  əlavə 

dəyişikliklərlə  və  s.  istifadə  etməyin  mümkünlüyü 

isə  sonradan  müəyyənləşdirilir.  Deməli,  burada  əks 

hadisə baş verir; texniki tələbat elm qarşısında prob-

lem qoymur, əksinə, elm öz yeni imkanlarını nəzər-

dən keçirməyi texnikaya təklif edir, onun qarşısında 

alternativ qoyur, meydan açır. 

3.  Digər  ölkələrin  müəssisələrində  artıq  tətbiq 

olunan  və  ya  tətbiqi  planlaşdırılan  elmi-texniki  tək-

liflərin,  ixtiraların  yerli  tələblər  baxımından  saf-çü-

rük  edilməsi  və  onların  ən  vaciblərinin  operativ  şə-

kildə təcrübə bazarlarında yoxlanması, istehsal üçün 

təklif  olunması.  Texnikanın  çox  yüksək  inkişaf  sü-

rəti ilə dəyişdiyi müasir dövrdə elmi-texniki təkliflə-

rin  köhnəlməsinə  yol  verməmək  üçün  Mərkəz 

müəyyən səlahiyyətə, İqtisadiyyat Nazirliyi ilə koor-

dinasiya  şəraitində  işləsə  də,  müəyyən  nisbi  müstə-



Elm və texnika  

 

 



319

qilliyə, operativ dəyişikliklər hüququna malik olma-

lıdır. 

4. Xarici ölkələrdəki elmi tədqiqatlarda bilava-



sitə tətbiqi əhəmiyyəti olan nəticələr mətbuatda açıq 

şəkildə  şərh  olunmadığından,  ixtira  və  kəşflər  pa-

tentləşdirildiyindən xarici elmi informasiyanın tədqi-

qinə  bir  az  da  uzaqdan  başlamaq,  elmi  ideyaların, 

fundamental  elmi-nəzəri  nəticələrin  mümkün  tətbiq 

variantlarını  araşdırmaq,  bu  sahədə  xüsusi  elmi-tex-

niki tədqiqat işi aparmaq və buraya Elmi Mərkəzdən 

də  mütəxəssislər  dəvət  etmək  lazım  gəlir.  Deməli, 

Elmi-texniki  mərkəz  bütün  dünya  elminin  yeni  nə-

ticələrini  elmi-texniki  baxımdan  nəzərdən  keçirməli 

və  perspektivli  sahələrdə  xüsusi  tədqiqat  aparma-

lıdır.  Bu  cəhət  Elmi-texniki  Mərkəzin  elm  ilə,  elmi 

müəssisələr  və  ilk  növbədə  Elmlər  Akademiyası  ilə 

sıx əlaqə saxlamalı olduğunu göstərir. 

Göründüyü  kimi,  Elmi-texniki  mərkəz  tətbiqi 

elmlər sahəsindəki fəaliyyətdən başlamış elmi-texni-

ki,  mühəndis-konstruktor,  mühəndis-texniki  iş pillə-

lərini  də  əhatə  etməklə  təcrübə-istehsal  sahəsində, 

yeni  texnikanın  özünün  istehsal  olunması  üçün  zə-

ruri şərtlərin ödənilməsi  və s. bu kimi praktik işlərə 

qədər  geniş  bir  sahəni  əhatə  etməlidir.  Hal-hazırda 

bütün bu aralıq mərhələlərdə iş aparılır, lakin bu iş-

lər vahid bir sistemdə əhatə olunmur; hər bir mərhə-

lənin  daxil  olduğu  xüsusi  şəbəkə,  idarə,  müəssisə, 

rəhbərlik vardır və buna görə də, ideyadan istehsala-


Elmşünaslığa giriş 

 

320



ta gedən bu yolun müxtəlif pillələri arasında ziddiy-

yət ortaya çıxmaya bilməz. 

Maraqlıdır  ki,  praktik  sahədə  ən  çox  nisbi 

müstəqil  texniki  tərəqqinin  sürətləndirilməsi  üçün 

yollar  axtarıldığı  halda  elmi-texniki  tərəqqinin  (sö-

zün dar mənasında) sürətləndirilməsi sahəsində hələ 

də ciddi dönüş  yaradılmamış və hətta nəzəri şəkildə 

məsələnin təhlili verilməmişdir. 

Texniki  tərəqqi  sahəsindəki  başlıca  praktiki 

çətinliklər nədən ibarətdir? Əvvəla, ixtiraçılıq və sə-

mərələşdiricilik işini tənzim edən vahid sistem yara-

dılmamış, sınaqdan çıxmış metod və formalar işlənib 

hazırlanmamış,  bu  sahədəki  təşəbbüskarlıqdan  daha 

çox  qaydaya,  normaya  çevrilməmiş,  həmin  sahənin 

idarəsi ilə əlaqədar maliyyə sistemi müəyyənləşdiril-

məmişdir. 

Doğrudan da, ixtira və ya səmərələşdirici təkli-

fin kütləvi istehsalda nəzərə alınması bir sıra mane-

çiliklərlə  bağlıdır.  İxtiraçıların  xüsusi  maliyyə  büd-

cəsinin planlaşdırılmaması onların axtarışlarına müs-

təqillik vermir və digər tərəfdən də bəzən texniki ye-

niliklərin  istifadə  olunması  məsələsi  mütəxəssis  ol-

mayan  inzibati  işçilərdən  asılır  olur  ki,  onlar  da 

həmin  yeniliklərin  iqtisadi  səmərəsini  düzgün  qiy-

mətləndirə bilmirlər. 

Hal-hazırda  istehsal  müəssisələrində  texniki 

yenidənqurma  işlərinə,  ixtiraçılıq  və  səmərələşdiri-

cilik  fəaliyyətinə  bilavasitə  xidmət  edən  xüsusi  mü-



Elm və texnika  

 

 



321

əssisədaxili  formalar  çox  müxtəlifdir.  Müəyyən  bir 

müəssisənin öz eksperimental bazası olur və ya eyni 

profilli  bir  neçə  müəssisənin  vahid  bazası  yaradılır. 

Böyük  zavodlarda  və  s.  müəssisədaxili  Konstruktor 

büroları  (KB)  və  ya  hətta  Elmi  tədqiqat  institutları 

təşkil  olunur.  Eksperimental  laboratoriyalar,  prob-

lem laboratoriyaları, yaradıcılıq laboratoriyaları və s. 

yaradılır. 

Lakin  belə  suallar  ortaya  çıxır  ki,  ixtiraçılar 

üçün ayrıca iş sahəsi lazımdırmı, yoxsa onlar iş vax-

tından sonra müəssisənin əsas sahəsindənmi istifadə 

etsələr  yaxşıdır?  İxtiraçılıq  axtarışları  üçün  əlavə 

ştatlar lazımdırmı? Əlavə maaş verilməlidirmi,  yox-

sa onlar real nəticəyə görə mükafatla qənaətlənməli-

dirlər? 


Müasir  dövrdə  –  dövlət  müəssisələri  ilə  özəl 

müəssisələr azad rəqabət şəraitində işlədiyi bir vaxt-

da hərə öz üstünlüyündən istifadə etməyə çalışmalı-

dır.  Dövlət  müəssisələrində  əməyə  görə  qiymətlən-

dirmə  sistemi,  maddi  stimullaşdırma  prinsipinə  tət-

biq olunmalıdır. Bir halda ki, ixtiraçılıq fəaliyyəti ic-

raçılıq fəaliyyətindən daha çox iqtisadi səmərə verir, 

nəyə  görə  bu  fəaliyyət,  məsələn,  əlavə  iqtisadi  sə-

mərənin  müəyyən  faizi  miqdarında  mükafatlandırıl-

masın? Maraqlıdır ki, elm sahəsində sərf olunan hər 

bir manat təqribən beş manatlıq fayda verdiyi halda, 

ixtiraçı  və  səmərələşdiricilərin  fəaliyyətinə  sərf  olu-

nan hər bir manat 3 qat artıq fayda verir. Deməli, bu 


Elmşünaslığa giriş 

 

322



sahəyə  pul  ayrılması  dövlət  miqyasında  planlaşdır-

mada, böyük miqyaslı layihələrdə qabaqcadan nəzə-

rə alınmalıdır. 

Özəl  müəssisələrdə  texniki  yeniliklərin  tətbiq 

olunması sahibkar üçün gəliri artırmağın əsas  yolla-

rından biridir. Təcrübə göstərir ki, texniki  yenilikçi-

lik üçün ən səmərəli forma özəl müəssisələrlə müqa-

vilə  əsasında  işləyən  laboratoriyalardır.  Belə  ki,  bu 

zaman həm maddi stimullaşdırma şərti ödənilir, həm 

də  bilavasitə  zavodda  işləyən,  başqa  müəssisələrdə 

çalışan  ixtisaslı  kadrların  əməyindən  istifadə  olun-

masına imkan yaranır. Həm dövlət, həm də özəl mü-

əssisələrlə  müqavilə  bağlamaq  imkanı  müəssisənin 

müstəqilliyinin artması deməkdir. Ümumiyyətlə son 

illərdə  aparılan  iqtisadi  eksperimentlərdən  alınan  ən 

başlıca qənaətlərdən biri elm və istehsal müəssisələri 

arasında xüsusi elmi-texniki əməkdaşlığın inkişaf et-

dirilməsidir. 

Təsərrüfat müqaviləli işlərin ən mühüm üstün-

lüklərindən biri elmi işçilərin bilavasitə təsərrüfat sa-

hələrinə cəlb olunması, onların yaradıcılıq axtarışla-

rının  müəssisənin  texniki  tələbatı  ilə  əlaqələndiril-

məsidir.  Bu,  bir  tərəfdən,  təsərrüfatın  yeni  elmi-

texniki əsaslarla təzədən qurulmasına imkan verirsə, 

digər  tərəfdən,  elmi  işçilərin  eksperimental  bazasını 

möhkəmləndirir,  onlara  öz  işlərinin  praktik  nəticə-

lərini bilavasitə  yoxlamaq imkanı verir. Xüsusən ali 

məktəblərdə elmi-texniki fəaliyyət üçün şərait pis ol-



Elm və texnika  

 

 



323

duğundan  burada  çalışan  alimlərin  müqavilə  ilə  is-

tehsalata cəlb olunması böyük əhəmiyyətə malikdir. 

Elmi-texniki  tərəqqi  və  nisbi  müstəqil  texniki 

tərəqqi  hadisələrinin  ümumi  mənzərələrini  nəzərdən 

keçirərkən  belə  bir  cəhət  diqqəti  cəlb  edir  ki,  ölkə-

mizdə  elm  sahəsində  müəyyən  mərkəziyyət  təmin 

edildiyi halda nə nisbi müstəqil texniki tərəqqi sahə-

sində, nə də elmin texnika və istehsalata tətbiqi sahə-

sində  belə  bir  mərkəziyyət  təmin  edilməmişdir.  Bu 

sahədə elmi surətdə işlənmiş vahid iqtisadi prinsiplə-

rin  olmaması  müəyyən  obyektiv  çətinliklərlə,  ilk 

növbədə  yaradıcı  əməyin  proqnozlaşdırılması  və 

qiymətləndirilməsi  üçün  müvafiq  metod  və  meyar-

ların  dəqiq  müəyyənləşdirilməməsi  ilə  bağlıdır.  La-

kin bu iş nə qədər çətin olsa da, hər bir konkret halda 

konkret müqavilələr bağlandığına görə elmi və elmi-

texniki  iş  də  bazar  iqtisadiyyatının  tənzimləmə 

prinsiplərinə uyğun olaraq qiymətləndirilmiş olur. 

Elmi-texniki  və  nisbi  müstəqil  texniki  tərəqqi 

sahələrində  təşkilati  və  iqtisadi  xarakterli  çətinliklər 

həmin  sahələrin  metodoloji  və  məntiqi-qnoseoloji 

aspektlərdə kifayət qədər öyrənilməməsi ilə də bağ-

lıdır.  Hələ  indiyə  qədər  elmi-texniki  biliklərin  və 

elmi-texniki fəaliyyət sahəsinin spesifikasının müəy-

yənləşdirilməməsi, onun keyfiyyətcə  yeni olması və 

elmi biliklərdən və elmi fəaliyyətdən, habelə texniki 

biliklərdən  və  nisbi  müstəqil  texniki  yaradıcılıq 

fəaliyyətindən  fərqlənməsi  nəzərə  alınmadığından, 


Elmşünaslığa giriş 

 

324



təşkilati  sahədə  də  bir  sıra  prinsipial  qüsurlara  yol 

verilir. Belə ki, Elmlər Akademiyasından texniki ye-

nilik,  istehsalata  tətbiq  və  iqtisadi  səmərə  gözlə-

nilməsi  elmin  əsas  funksiyasının  kölgədə  qalmasına 

səbəb ola bilər. Dövlət tərəfindən, habelə böyük bir-

liklər,  konsorsiumlar  tərəfindən  elmi-texniki  yaradı-

cılıq  işlərini  planlaşdıran,  ona  nəzarət  edən,  onu 

təşkil  edən  xüsusi  mərkəzlər  yaradılması  və  bu  za-

man diqqətin məhz tətbiqi işlərə yönəldilməsi zama-

nın mühüm tələbidir. 

Düşünmək olar ki, vahid Elmi-Texniki Mərkəz 

nəyə  görə  zəruridir?  Məgər  İqtisadiyyat  nazirliyi 

çərçivəsində  görülən  işlər  mərkəziyyət  şərtini  ödə-

mək  üçün  kifayət  deyilmi?  Xeyr,  söhbət  inzibati 

mərkəzdən yox, elmi-texniki mərkəzdən, real praktik 

fəaliyyət  sahəsindən,  ixtisaslaşmış  əməyin  təşkilin-

dən, Elmlər Akademiyası ilə paralel surətdə mövcud 

olan  (onu  əvəz  etməyən  və  ya  onu  təkrar  etməyən) 

və  külli  miqdarda  elmi-texniki  müəssisələri,  alim, 

mühəndis və konstruktor kadrlarını birləşdirən vahid 

qurumdan gedir. 

İxtira  və  kəşfləri,  elmi  və  elmi-texniki  yaradı-

cılıq  proseslərini  tənzimləyən  Dövlət,  Elm  və  Tex-

nika  Komitəsi,  İxtiraçılar  və  Səmərələşdiricilər  cə-

miyyətinin  Mərkəzi  Şurası,  Elmi-texniki  İnforma-

siya Mərkəzi və s. təşkilatların ləğv olunması müva-

fiq fəaliyyət sahələrinin təşkilatlanmasına mənfi təsir 

göstərir  və  açıq-aşkar  bir  pərakəndəlik  mövcuddur. 



Elm və texnika  

 

 



325

Lakin bu təşkilatlar qalsa idi də, onlar yalnız kömək-

çi  xarakter  daşıyır  və  bilavasitə  elmi-texniki  fəaliy-

yəti əhatə edə bilməzdi. 

Tətbiqi xarakterli məsələlərlə məşğul olan xü-

susi Mərkəzin yaradılması həm də Elmlər Akademi-

yasının  daha  çox  dərəcədə  məhz  elmi  problemlərlə 

məşğul olmasına, fundamental elmlərin inkişaf etdi-

rilməsinə də imkan verər. Elmlər Akademiyası qey-

ri-elmi  (elmi-texniki  və  bilavasitə  tətbiqi)  işlərdən 

azad olmaqla yanaşı, Elmi-Texniki Mərkəzlə sıx su-

rətdə əlaqə yaradılması sayəsində daha səmərəli eks-

perimental bazaya malik ola bilər. Elmi-tədqiqat ins-

titutları nəzdindəki Konstruktor Bürolarını Mərkəzlə 

əlaqə  əvəz  edə  bilər.  Mərkəzin  informasiya  sistemi 

və  xüsusi  axtarışların  vasitəsilə  elmi  müəssisələr 

konkret  tələbatın  istiqamətləri  ilə  daha  yaxından 

tanış  ola  bilərlər.  Həm  də  mənəvi  ehtiyacların  ödə-

nilməsi,  adamların  mənəvi-intellektual  enerjisindən 

daha düzgün, səmərəli və hərtərəfli istifadə edilməsi 

Respublika  Elmlər  Akademiyası  və  bu  kimi  elmi 

mərkəzlər yalnız müəyyən sahələr üzrə ixtisaslaşmış 

mərkəzlərə çevrilmək zərurətindən xilas olarlar. 

Elmi-texniki  Mərkəz  yalnız  istehsalat  üçün 

texnikanın təkmilləşdirilməsi və yeni texnika nümu-

nələrinin  yaradılması  ilə  məhdudlaşmayıb,  digər 

fəaliyyət  sahələri,  habelə  elm  üçün  texnika  hazır-

lamaq işini öz öhdəsinə götürə bilər. Bununla elmlə 

zehni fəaliyyəti praktik fəaliyyətdən – qeyri-peşəkar 


Elmşünaslığa giriş 

 

326



əməkdən  ayrılması  başa  çatmış  olar.  Elmi-texniki 

fəaliyyət  nisbi  müstəqillik  əldə  etdikcə  elmin  daxili 

tamlığı  və  müstəqilliyi  şərti  də  daha  çox  ödənmiş 

olar.  Digər  tərəfdən  də,  elm  texnikasının  sənayeləş-



məsi üçün ciddi zəmin yaranmış olar. 

Elm texnikasının sürətlə inkişaf etməsi və nis-

bi  müstəqillik  qazanması  müasir  dövr  üçün  çox  sə-

ciyyəvi  olan  cəhətlərdən  biridir  və  bizcə,  elmi-tex-

niki  tərəqqidə  inqilab  mərhələsi  (elmi-texniki  inqi-

lab) məhz elm texnikası ilə istehsal texnikası arasın-

dakı  sərhəddin  aradan  götürülməsi  ilə  bağlıdır.  El-

min  bilavasitə  məhsuldar  qüvvəyə  çevrilməsinin  də 

əsl mahiyyəti bundan ibarətdir. 

Texnikanın  yalnız istehsal texnikası kimi başa 

düşülməsi, onun başqa növlərinin öyrənilməsi və ya 

çox  səthi  olaraq  nəzərdən  keçirilməsi  texnikanın  və 

texniki  tərəqqinin  mahiyyətinin  başa  düşülməsində 

də  müəyyən  çətinliklər  yaratmışdır.  Halbuki,  texni-

kanın elmi-texniki və texnoloji fəaliyyətin spesifika-

sını,  mahiyyətini  dəqiq  müəyyənləşdirmədən  elmi-

texniki  tərəqqinin  sürətləndirilməsi,  vahid  Elmi-

texniki  fəaliyyət  Mərkəzinin  yaradılması  və  s.  bu 

kimi  ciddi  vəzifələrin  müvəffəqiyyətlə  həyata  keçi-

rilməsi mümkün deyil. 

Fəlsəfi  ədəbiyyatda  texnoloji  fəaliyyət,  elmi-

texniki  fəaliyyət  anlayışları  ilə  yanaşı,  mühəndis 

fəaliyyəti,  mühəndis-konstruktor  fəaliyyəti,  ixtiraçı-

lıq  fəaliyyəti  və  s.  anlayışlardan  da  geniş  istifadə 



Elm və texnika  

 

 



327

olunur.  Lakin bu fəaliyyət sahələrinin konkret əhatə 

dairələrini,  ümumi  və  fərqli  cəhətlərini  əks  etdirən 

müqayisəli  tədqiqat  işləri  hələ  yoxdur.  Başqa  sözlə, 

bu sahədə konkret elmi terminologiya hələ formalaş-

mamışdır.  Fəaliyyət  sahələri  haqqında,  ictimai  və 

fərdi  fəaliyyətin  strukturu  haqqında  yazılmış  əsər-

lərdə  də  öyrənmək  istədiyimiz  məsələ  haqqında  də-

qiq məlumata rast gəlmək çətindir. 

Texniki  bilik,  texniki  və  texnoloji  fəaliyyət 

haqqında danışılarkən söhbətin məhz nədən getdiyi-

ni yalnız kontekst əsasında müəyyənləşdirmək müm-

kün olur. Elmi institutlardan konstruktor bürolarına, 

konstruktor  bürolarından  eksperimental  istehsala, 

oradan  isə  kütləvi  istehsala,  sənayeyə  gedən  yolun 

hər  hansı  nöqtəsində  «texnika»  anlayışından  eyni 

mənada istifadə etmək mümkün deyil. Müasir dövr-

də  elmdən  kütləvi  istehsalata  gedən  yolda  məntəqə-

lərin  sayı  artır  və  ciddi  daxili  bölgü,  diferensiasiya 

gedir. Strukturun bu cür mürəkkəbləşməsi Elm–Tex-

nika–İstehsalat  zəncirində  incə  quruluşu  müəyyən 

etmək,  başqa  sözlə,  hər  bir  halqanın  öz  daxili  qu-

ruluşunu da aşkara çıxarmaq zərurəti yaradır. 

Yuxarıda artıq qeyd etdiyimiz kimi, elm siste-

minin öz daxilində də texnika mövcuddur. Texnika-

nın bu növü əsasən eksperimentlərə xidmət edən ci-

hazlardan  ibarətdir.  Bu  cihazlar  ilk  dəfə  tək  nüsxə 

şəklində  elmi  tədqiqat  laboratoriyalarında  müstəqil 

surətdə  və  ya  Konstruktor  Büroları  ilə  birlikdə  dü-


Elmşünaslığa giriş 

 

328



zəldilir.  Lazım  gəldikdə  sonradan  seriyalı  buraxılış 

üçün və  ya az nüsxədə hazırlanmaq üçün sifariş ve-

rilir.  Böyük  elmi  kəşflər  çox  vaxt  alimin  özü  tərə-

findən düşünülmüş unikal cihazlar tələb edir. Demə-

li, elmi tələbat texnikanı inkişaf etdirmiş olur ki, bu 

da  elmi-texniki  inqilabı  səciyyələndirən  ən  mühüm 

cəhətlərdən biridir.  

Hələ  istehsal  prosesinə  kütləvi  surətdə  daxil 

olmamış  istehsal  texnikası  da  ilk  dəfə  sınaq  nüsxə-

ləri  şəklində  düzəldilir.  Əslində  elm  ilə  istehsalat 

arasında  xüsusi  texnika  mərhələsinin  müəyyən  edil-

məsi  məhz  bu  sınaq  nüsxələrinə  əsaslanır.  Əks  təq-

dirdə  texnika  istehsal  vasitələrinə  daxil  olmaqla  is-

tehsalat mərhələsində əhatə edilməli idi. Deməli, ar-

tıq  istismara  verilmiş,  kütləvi  istehsala  üzvi  surətdə 

daxil  olmuş  texnika  Elm–Texnika–İstehsalat  zənci-

rində  texnika  halqasına  deyil,  istehsalat  halqasına 

daxil olur. 

Texnikanın  müstəqil  mərhələ  kimi  ayrılması 

məhz yeni texnika nümunələrinin ixtira edilməsi, dü-

zəldilməsi  prosesini  nəzərdən  keçirmək  üçündür. 

Texniki yaradıcılıq dedikdə də, məhz sınaq nüsxələ-

rinin  yeni  elmi  prinsiplər  əsasında  hazırlanması  nə-

zərdə  tutulur.  Ona  görə  də  əgər  elmin  son  məqsədi 

yeni biliklər almaqdırsa, texniki yaradıcılığın məqsə-

di yeni texniki nümunə, sınaq nüsxəsi düzəltməkdir. 

 

 


Ə

lavələr  

 

 



329

    


    

    


Ə

LAVƏLƏR 

 

 

 

 

 

 

 

 

 

Elmşünaslığa giriş 

 

330



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ə

lavələr  

 

 



331

 

 

 

 

Ə

lavə 1 

 

Elm və texnologiya sahələri üçün  



beynəlxalq standart nomenklatura 

 

(Proposed International Standard Nomenclature  



Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin