30
məzmunu əks etdirir. Dövlət hakimiyyətinin universal məzmunu universal
fəlsəfi mahiyyəti özündə cəmləşdirir. Siyasətin fəlsəfəsi burada həm ümumi
olur, həm də fərdi fəlsəfi aspektləri özündə cəmləşdirir. Dövlətə və siyasətə
xüsusiləşmiş aspektdən yanaşılır, həm də ümumiləşmənin tərkibi olaraq
mürəkkəb və zənginlik baxımından yanaşmalar edilir.
Siyasətin fəlsəfəsi siyasət fəaliyyətinin həyata keçirilməsi üçün təşkilati
funksiyanı yerinə yetirmənin səviyyəsindən asılıdır. Siyasətin fəlsəfəsi
həmçinin siyasəti icra edən tərəflərin addımlarının mənası ilə də bağlıdır.
Hüquq normaları sisteminin təkmilləşmiş məzmunu siyasətin fəlsəfəsini
meydana gətirtir. Hüquq normalarının pozitiv mahiyyəti siyasətin fəlsəfəsində
büruzə verir. Hüquq normaları insanların şəraitə və zamana müvafiq olaraq
maraqlarını təmin edirsə, onda siyasətin fəlsəfəsi (müdrik siyasət) ortaya çıxır.
Siyasət hüquq sistemindən ibarət olan bir sistemdir, hüquq sistemi siyasətin
nəzəri istiqamətlərini meydana gətirir. Bu baxımdan da hüquq sistemi siyasət
sistemi ilə vəhdət və uyğunluq təşkil edir. Siyasətin baza əsasları məhz
hüquqlarda, onu müəyyən edən normalarda yaranır.
Siyasətin fəlsəfəsi onun tətbiq olunduğu sahələrdə: iqtisadiyyat, sosial və
mədəni sahələrdə; humanitar və elmi sahələrdə; texnika və informasiya
sahələrində, ümumiyyətlə, siyasətin bütün sahələrində yaranır. Hər bir sahə
düşünülür.
Siyasətin fəlsəfəsi müdrik və pozitiv siyasətdə, əxlaq və davranış
kodekslərində əks olunur. Dövlətin maddi (həm də fiziki) və mənəvi
kompozisiyası məhz siyasətin fəlsəfəsini meydana gətirir. Dövlətin mahiyyəti
hər bir kəsi düşündürür. Siyasət digər tərəfdən çirkin və məkirli oyunlardan
ibarət olduğundan öz pozitiv mənasına kölgələr də salır.
Siyasətin fəlsəfəsini düşüncə cərəyanları da meydana gətirir. Siyasətin
forma və məzmunu müxtəlif bucaqlardan düşünülür. Siyasət hər hansı bir
məkanda formalaşır, hadisələr məkanı əhatə edir, nəticə etibarilə siyasətin
forması ortaya çıxır.
Dostları ilə paylaş: