470) Vərəm ocağının zərərsizləşdirilməsi zamanı hansı preparat işlədilməməlidir?
A) Dixlordimetilhidantoin
B) Xloramin
C) Flisid
D) Fenol
E) Karbofos
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.
471) Difteriya ocağında yekunlaşdırıcı dezinfeksiyanı kimlər aparır?
A) Həkim-epidemioloq
B) GEM-in işçiləri
C) Xəstənin ailə üzvləri
D) Dezinfeksiya xidmətinin işçiləri
E) Poliklinikanın tibb bacısı
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
472) Hansı infeksiyada yekunlaşdırıcı dezinfeksiyanın aparılmasına göstəriş vardır?
A) Epidemik parotit
B) Qrip
C) Malyariya
D) Qızılca
E) Qarın yatalağı
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
Dostları ilə paylaş: |