674) Hansı şəxslər ətrafdakılar üçün ən böyük epidemioloji təhlükə törədirlər?
A) vəbanın atipik forması ilə xəstələr
B) xronik vibriogəzdirənlər
C) tranzitor vibriogəzdirənlər
D) vəbanın kəskin forması ilə xəstələr
E) vəbanın tipik forması ilə xəstələr
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
675) Tibbi əlcəklər pasiyentin qanı ilə çirkləndikdə nə etmək lazımdır ?
A) dərhal axar suda yumaq, sonra dezinfeksiyaedici məhlulda islatmaq
B) spirt məhlulu ilə silmək
C) dərhal suda yumaq
D) onu dərhal dezifeksiyaedici məhlulda isladılmış tamponla silmək, sonra isə axar suda yumaq və atmaq lazımdır
E) onları növbəti istifadə üçün yararsız saymaq lazımdır
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
676) İstifadə olunmuş birdəfəlik tibb alətlərinə münasibətdə neсə hərəkət etmək lazımdır?
A) avtoklavda 1 saat ərzində +132 dərəcə temperaturda zərərsizləşdirmək, sonra isə məişət zibili ilə atmaq
B) üzəri 1 saat ərzində dezinfektantla islatmaq, sonra isə məişət zibili ilə birgə atmaq
C) ancaq qaynatmaq
D) onu məişət zibili ilə birlikdə atmaq
E) qaynatmaq və zibil konteynerinə göndərmək
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
677) Nəсisi laboratoriyaya göndərmək üçün nümunəyə konservant kimi nə əlavə oluna bilər?
A) xloramin
B) NaCl-un izotonik məhlulu ilə qarışığı
C) distillə olunmuş su
D) qliserin
E) bulyon
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
Dostları ilə paylaş: |