900) Transmissiv yoluxma yolu hansı xəstəliyə xas deyil?
A) leyşmaniozlar
B) malyariya
C) qayıdan yatalaq
D) sarı qızdırma
E) qızılca
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
901) Aşağıda sadalananlardan hansı ibtidailər dölün bətndaxili infeksiyalaşmasına səbəb ola bilərlər?
A) leyşmaniyalar
B) tripanosomlar
C) dizenteriya amöbü
D) toksoplazmalar
E) malyariya plazmodiumları
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
902) Peroral kontagioz helmintozlar qrupuna hansı helmintoz aiddir?
A) trixosefalyoz
B) teniarinxoz
C) ankilostomidoz
D) himenolepidoz
E) askaridoz
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
903) Hansı helmintoz peroral antroponoz geohelmintozlar qrupuna aiddir?
A) askaridoz
B) ankilostomidoz
C) enterobioz
D) himenolepidoz
E) teniidozlar
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
Dostları ilə paylaş: |