265) Uşaq əhalisinin siyahıya alınması nə vaxt aparılır?
A) 10 ildən bir
B) İldə 1 dəfə
C) İldə 2 dəfə
D) 2 ildən bir
E) 5 ildən bir
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.
266) İmmun sisteminin mərkəzi orqanı hansıdır?
A) Timus
B) Böyrəklər
C) Dalaq
D) Limfatik düyünlər
E) Bağırsaq
Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982
267) Lipopolisaxaridlər (LPS) nədir?
A) Anatoksinlərdir
B) Anticisimlərdir
C) Endotoksinlərdir
D) Ekzotoksinlərdir
E) Fermentlərdir
Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982
268) Vaksin nədir?
A) İmmun zərdabdır
B) Ekzotoksindir
C) Anticisimlərdir
D) Mikrobların öldürülmüş və ya zəiflədilmiş kulturasıdır
E) Antitoksik zərdabdır
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
269) Anatoksin nədir?
A) Histotoksindir
B) Zərərsizləşdirilmiş ekzotoksindir
C) Ekzotoksindir
D) LPS
E) Endotoksindir
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
270) Aşağıda sadalanan vaksinlərdən hansı öldürülmüş vaksinlərə aiddir?
A) Vərəm əleyhinə vaksin
B) Qızılcaya qarşı vaksin
C) «b» hemofil çöplər tərəfindən törədilən xəstəliklərə qarşı vaksin
D) Məxmərəyə qarşı vaksin
E) Difteriyaya qarşı vaksin
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
Dostları ilə paylaş: |