707) Ağciyər qanaxmasında xəstəni hansı vəziyyətdə daşımaq olar?
A) Arxası üstə uzanmış
B) Yarım oturaq
C) Qarnı üstə uzanmış
D) Ayaqlar yuxarı qaldırılmış vəziyyətdə
E) Böyrü üstə uzanmış
Ağ ciyər qanaxmasında xəstədə tənginəfəslik əmələ gəldiyi üçün, xəstə yarım oturaq vəziyyətdə
daşınır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 512
708) Yuxu arteriyası zədələnərsə qanaxmanı necə saxlamaq olar?
A) Yuxu arteriyasını baş barmaqla VI boyun fəqərəsinin köndələn çıxıntısına sıxmaqla
B) Yaraya qan saxlayıcı alət qoymaqla
C) Yaranı tamponada etməklə
D) Boyna jqut qoymaqla
E) Yaranın üzərinə sıxıcı sarğı qoymaqla
Yuxu arteriyası zədələrkən qan təzyiqlə axır və çox qısa müddətdə çoxlu qan itirildiyinə görə ölümə
səbəb olur. Bu səbəbdəndə vaxt itirmədən yuxu arteriyası barmaqla boyun fəqərələrinə sıxılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
709) Qida borusunun kimyəvi preparatla yanığında ilk tibbi yardım kimi nə etmək lazımdır?
A) Heçnə edilmir
B) Mədə ilıq su ilə yuyulur və ağrı kəsici preparat vurulur
C) Zərərçəkən qusdurulur
D) Süd içirdilir
E) Kimyəvi preparatı zərərsizləşdirən maddə içirdilir
Kimyəvi maddəni kənarlaşdırmaq üçün zərəçəkənə ilıq su içirdilir və şokun qarşısını almaq üçün
ağrı kəsici prepatar vurulur.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 121