746) Onkologiyada ən etibarlı diaqnostik üsul hansıdır?
A) Endoskopik
B) Rentgenoloji
C) Perkusiya
D) USM-Ultra səs müayinəsi
E) Histoloji
Histoloji üsulda biopsiyada və ya əməliyyat zamanı kənarlaşdırılmış şiş toxumasından götürülən
material üzərində hüceyrə səviyyəsində mikroskopik laborator müayinə aparılır. Buna görə də bu
üsul onkologiyada ən etibarlı diaqnostik üsul sayılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 165
747) Metastaz nədir?
A) Şişin geriyə inkişafı
B) Şişin böyüməsi
C) Şişin parçalanması
D) Şişin böyüməməsi
E) Şişin yayılması
Bəd xassəli şiş toxumasının hüceyrələri qan və limfa dövranı ilə digər orqan və toxumalara aparılır.
Nəticədə şişin başqa orqan və toxumalara yayılması baş verir ki, bu metastaz adlanır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 163