A) Ağ ciyərlərin həyat tutumunu
B) Köklük dərəcəsini
C) Ətrafların ölçülərini
D) Yastı pəncərələri
E) Su-duz balansını
Plantoqrafiya üsulu ilə yastı pəncəliliyə müəyyən edirlər.Bunun üçün ayaqların altı asan yuyulan
qara rənglərlə rənglənib ağ kağız üzərinə qoyulur.Sonra dərəcələrini həkim müəyyən edir.
Ədəbiyyat:A.A.Mixaylov.Feldşerin məlumat kitabı 2-ci cild.Moskva-1990.Səh(67)
751) Mexaniki antiseptikaya aiddir:
A) Yaraya sarğı qoyulması
B) Yaraların I-li cərrahi işlənməsi
C) Eyni qrupdan qan köçürmək
D) Yaraya bakteriofaq vurmaq
E) Yaraların spirtlə dezinfeksiyası
Bütün təsadüfi yaralar mikrobla çirkləndiyinə görə 12 saatdan gec olmayaraq I-li cərrahi
işlənməlidir (üz, boyun və əldən başqa). İşlənmə əl və alətlərlə aparıldığına görə bu üsul mexaniki
işlənmə adlanır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 343
752) Uzunmüddətli sıxılma sindromu zamanı ilk yardıma aid olmayan əlamət hansıdır?
A) Ağrısızlaşdırıcı maddələrin təyini
B) Sedadiv maddələrin təyini
C) Zədələnmiş ətrafın immobilizasiyası
D) Ətrafların qızdırılması
E) Turnanın qoyulması
Ətrafların qızdırılması uzun müddətli sıxılma sindromu zamanı aparılan ilk yardıma aid deyil.
Ətrafların qızdırılması zamanı sıxılmış toxumalarda yığılmış toksinlər qana sorularaq intoksikasiya
yaratdığı üçün qətiyyən ətrafı qızdırmaq olmaz.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 344