76) Kəskin sol mədəcik çatışmazlığı(ürək astması) tutması zamanı ətraflara turna qoyarkən
tibb işçisi nəyə fikir verməlidir?
A) Sadalananların hamısına
B) Turna ancaq venaları sıxsın
C) Turnalar ətrafların hamısından eyni vaxtda açılmasın
D) Arteriyalarda nəbz yaxşı əllənsin
E) Turna qoyulan ətraflar qaralmasın
Kəskin sol mədəcik çatışmazlığı( ürək astması) zamanı çox vaxt ətraflara turna qoyulur.
Bu zaman
tibb bacisi mütləq yuxarıda göstərilənlərə əməl etməlidir, belə ki, turna ancaq venaları sıxaraq,
ürəyə gedən qanın miqdarını azaltmalıdır; turna arteriyaları sıxsa müvafiq ətrafın qanla təchizatı
pozular; ətraflardan turnaların hamısı eyni vaxtda açılsa xəstə
kollapsa düşə bilər; arteriyalarda nəbz
palpasiya edilməsə bu venayla birgə arteriyanın da sıxılmasını göstərir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.505 “ Çıraq ” 2008
Dostları ilə paylaş: