822) Gözün davamlı yuyulması hansı hallarda həyata keçirilir?
A) Donmalarda
B) Kimyəvi yanıqlarda
C) Konyuktivitlərdə
D) Qlaukomada
E) Göz qapaqlarının kontuziyasında
Gözün uzun müddətli yuyulması kimyəvi yanıqlar zamanı həyata keçirilir. Bu məqsədlə yuyulmaq
üçün istifadə olunan məhlula birləşdirilən nazik rezin şlanqdan istifadə olunur.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского
персонала, Феникс 2000, стр 238
823) Kipriklərin və göz qapağının təmizlənməsində hansı məhluldan istifadə olunur?
A) 3%-li hidrogen peroksid
B) 1%-li salisil turşusu
C) 5%-li kalium permanqanat
D) 0,02%-li furasilin
E) 2%-li natrium hidrokarbonat
Gözün təmizlənməsi kipriklərin və göz qapaqlarının antiseptik məhlullarda (0,02%-li
furasilin,0,1%-li kalium permanqanat) isladılmış tənzif və ya pambıq kürəciklə silinməsindən
başlayır.Gözün təmizlənməsi qurtardıqdan sonra göz qapağı steril tənzif tamponla qurudulur.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского
персонала, Феникс 2000, стр 236