890) Təmizləyici imalənin qoyulmasına əks göstəriş hansıdır?
A) Bağırsaq qanaxmaları
B) Qəbizlik
C) Planlaşdırılmış əməliyyatdan əvvəl
D) Doğuşdan əvvəl
E) Meteorizm
Təmizləyici imaləni qoymazdan əvvəl anus ətrafı gözdən keçirilməlidir.Xəstədə babasil
düyünləri,anamnezində qanaxma halları aşkarlanarsa bu əks göstəriş hesab edilir.
891) Sutkalıq diurez 40ml olarsa bu nəyi göstərir?
A) Oliquriya
B) Anuriya
C) Nikturiya
D) Dizuriya
E) Poliuriya
Sidik ifrazınım sutkalıq norması 1.5-2 litrə bərabərdir.Bu göstərici bir sıra amillərin təsirindən
dəyişə bilər.Sidik ifrazının azalması oliqurasiya adlanır.