899) Koxer üsulu ilə bazu çıxığının yerinə salınması neçə mərhələdən ibarətdir?
A) 4
B) 3
C) 2
D) 5
E) 6
Koxer üsulu ilə çıxığın yerinə salınması texnikası dörd ardıcıl mərhələdən ibarətdir:
1.Dirsək oynağı düz bucaq altında bükürək aşağı dartılıb dirsək gövdəyə sıxılır.
2.Gövdəyə sıxılmış bazu xarici tərəfə əyilir.
3.Dirsək tədricən orta xəttə və yuxarı dartılır.
4.Xəstənin bazu önü döş qəfəsinin üstünə elə qoyulur ki,zədə almış əl sağlam çiyinin üstünə
toxunsun.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 271