902) Donmaların kliniki gedişi neçə dövrə bölünür?
A) 1
B) 5
C) 2
D) 4
E) 3
Donmaların kliniki gedişi iki dövrə bölünür:
1. Gizli dövr-bu dövrdə toxumaların yerli hiperemiyası baş verir.Sonra dəri avazıyır,giziltili ağrı
olur,getdikcə həmin nahiyədə hissiyat itir.
2. Reaktiv dövr-bu donmuş ətrafın qızdırılmasından sonra baş verir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 122
903) Dırnağı yatağından çıxardıqda hansı anesteziya növündən istifadə edilir?
A) Peridural anesteziyadan
B) Regionar anesteziya
C) Venadaxili anesteziyadan
D) Futlyar anesteziya
E) İnfiltrasion anesteziya
Regionar anesteziyada 1-2%-li novakain sinirin perinevral və ya endonevral qatına
vurulur.Anesteziya 10-15 dəqiqə sonra başlayır.Əl və ayaq barmaqlarında aparılan kiçik
əməliyyatlarda istifadə edilir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 60