900) Bazu çıxığı yerinə salındıqdan sonra hansı sarğı ilə təsbit olunur?
A) Dezo sarğısı
B) Ləçək sarğısı
C) Sünbül sarğı
D) Dairəvi sarğı
E) Spiral sarğı
Bazu çıxığı yerinə salındıqdan sonra R-qrafiya edilib Dezo sarğısı qoyulur.Çıxıq yerinə salındıqdan
5 gün sonra oynaqda hərəkət və masaj başlanmalıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 272
901) Pielitin əsas əlaməti nədir?
A) Qlükozuriya
B) Albuminuriya
C) Piuriya
D) Fostatouriya
E) Hematuriya
Pielit böyrək ləyəninin iltihabıdır.Kəskin pielit düzgün müalicə olunmadıqda xroniki hala
keçir.Pielitin əsas simptomu piuriyadır(sidikdə irinin ifraz olunması)
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 250