904) Hansı çıxıqlarda oynaq kisəsi zədələnmir (partlamır)?
A) Bazunun
B) Budun
C) Dirsəyin
D) Mil biləyin
E) Aşağı çənənin
Aşağı çənənin çıxığı birtərəfli və ikitərəfli olur. Çənənin çıxığı müxtəlif səbəblərdən ola bilər.
Çıxığın bu formasında oynaq kisəsi zədələnmir, partlamır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 181
905) Odlu silah yaraları hansı üsulla cərrahi işlənir?
A) Topçubaşov
B) Koçergin
C) Piraqov
D) Petrovski
E) Şamov
Odlu silah yaralarını Piraqov üsulu ilə işlədikdə yara kanalı açılaraq içərisində olan yad cisimlər
çıxarılır,qanaxma tam dayandırıldıqdan sonra yaraya tikişlər qoyulur, lakin saplara düyün
vurulmur.Yara 1 sutka açıq saxlanılır.2-ci gün yaraya drenaj qoyulmaqla sap düyünlənir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 130