143) Göstərilənlərdən hansı dərmanların enteral yolla yeridilməsinə aiddir?
A) Həb şəklində qəbul etmək
B) Dəriyə sürtmək
C) Vena daxili inyeksiya
D) Gözə damızdırmaq
E) Dəriiçi inyeksiya
Dərmanlar orqanizmə 3 yolla daxil edilir: xaricə, enteral, parenteral. Enteral yolla dərmanlar dilin
altına qoymaqla, ağızdan və düz bağırsaqdan yeridilir. Ağızdan dərmanlar həb, draje, mikstura
şəklində yeridilir.Vena daxili və dəriicinə yeritmə dərmanların parenteral, yəni həzm traktından
kənar,gözə damızdırmaq və dəriyə sürtmək isə xaricə işlədilməsidir.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.130 . “ Təhsil ” Bakı 1998 .