A) Qida borusundan olan qanaxmalar
B) Dərman zəhərlənmələri
C) Qida zəhərlənmələri
D) Alkoqolla zəhərlənmələr
E) Mədə turşuluğunun artması
Mədə diaqnostik və müalicəvi məqsədlə yuyulur. Qida borusundan qanaxma zamanı zondun
mexaniki təsirindən qanaxmanın daha da güclənəcəyinə görə bu zaman mədənin yuyulması əks-
göstəriş sayılır.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh .190 .” Təhsil ” Bakı 1998.
146) Aşağıda göstərilənlərdən hansı zondun ucunun mədədə olmadığını göstərir?
A) Xəstə öyüyür
B) Zonddan mədə möhtəviyyatı xaric olur.
C) Zondla mədəyə maye yeridilir
D) Xəstə hıçqırır
E) Xəstə göyərir,narahat olur
Mədə zondlaması zamanı zondun düzgün yeridilməsi vacib şərtlərdəndir, çünki zond düz
yeridilmədikdə mədəyə deyil, traxeyaya düşə bilər . Bu zaman xəstədə boğulma, öskürmə, göyərmə
olur, belə hallar olduqda zond dərhal çıxarılıb, yenidən salınmalıdır.
Ədəbiyyat : N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” .Səh. 57 “Çıraq ” 2008