39
b.
Şəkil 22. Sementləmə: a. Kanalın sement ilə doldurulması,
b. Sementin basdırıcı ilə
distala göndərilməsi
Sementin kifayət qədər sərtliyə çatması üçün nümunələr 12 saat otaq hərarətində
izotonik məhlulla isladılmış qazlara sarılmış halda saxlandıqdan sonra biomexaniki
təcrübələrə başlandı.(5).
3.4. Biomexaniki Hesablamalar
Təcrübə vaxtı 48 ədəd bud sümüyü başı bərabər iki qrupa bölündü. Kontrol qrupu
olaraq 7 mm kanallı vintlər və təcrübə qrupu olaraq isə dizayn etdiyimiz yivləri üstündə
dəlikləri olan kanallı vintlər taxılmış bud sümüyü başları istifadə edildi. Hər qrup özü də
üç bərabər alt qrupa bölündü. Hər alt qrupta səkkiz bud sümüyü başı istifadə
edildi(Cədvəl 1). Bu qrupların hər biri qarşı oxşar qrupla (pull out, maksimum
ekstraksiya torqu və cut out nəticələri) müqayisə edildi.
Cədvəl 1. Bud sümüyü başlarının təcrübə üçün hazırlanması
Təcrübə qrupları
N:48
Pull out
Qrupu
Cut out
qrupu
Maksimum
ekstraksiya torq
qrupu
Qrup 1(kontrol)
7 mm kanallı vint
N:24
N:8
N:8
N:8
Qrup 2 (təcrübə)
Dizayn edilən
vint+PMMA
N:24
N:8
N:8
N:8
40
Təcrübənin pull out(çəkmə) və cut out(kompressiya) test hesablamaları M.U.
Məlzəmə Mühəndisliyi Fakultəsi Eksperimental Araşdırma Laboratoriyasında,
Antitorq(burma) test hesablamaları isə İstanbul Texnik Universiteti Məlzəmə
Mühəndisliyi Fakultəsi Eksperimental Araşdırma Laboratoriyasında həyata keçirildi.
Antitorq testləri SM 21(Advanced torsion testing machine) cihazı(Şəkil 23), pull out və
cut out testləri isə İnstron 8802(servo-hydraulic material testing machine) cihazı(Şəkil
24) köməkliyi ilə həyata keçirildi.
Dostları ilə paylaş: