Şırnaqlı printerlər. Bu printerlər mürəkkəblə işləyir. Şırnaqlı printerlər matris tipli zərbəsiz işləyən çap qurğularına aid edilə bilərlər.
Lazer və LED (Light Emitting Diode) printerləri. Bu printerlərdə quru toz hissəciklərindən istifadə edilir. Quru toz kağız üzərində yerləşdirilən “toner”dən ibarətdir. Lazer printerinin əsas hissəsi yarımkeçirici lazer olan fotohəssas çap barabanı və optik-mexaniki sistemdir. LED printerlərində isə yarımkeçirici lazeri xırda işıq diodları əvəz edir.
Çap rənginəgörə isə printerlər 3 qrupa bölünür:
Ağ-qara printerlər;
Rəngli çap funksiyasına malik olan ağ-qara printerlər (bu modelə matrisli və şırnaqlı printerlərdə rast gəlinir);
Rəngli printerlər.
Çoxfunksiyalı qurğular.Bir gövdədə birləşən printer, skaner, surət çıxaran (kseroks), bəzi hallarda isə faks çoxfunksiyalı qurğu və ya “kombayn” adlanır. “Kombayn”ın tərkibində olan qurğular üçün heç bir standart olmur: məsələn, printer çox vaxt şırnaqlı, bəzi halda isə lazer ola bilər və s. Nəzərə almaq lazımdır ki, bu qurğu sıradan çıxdıqda, biz eyni zamanda 3-4 qurğudan məhrum olmuş oluruq.