Skanerdə olduğu kimi, qrafik planşet də iki əsas parametrlə xarakterizə edilir: işçi sahənin ölçüsü və seyrəklik qabiliyyəti. Qrafik planetlə işləyən zaman nöqtəli təsvirlə deyil, ayrı-ayrı xətlərdən istfadə edildiyi üçün seyrəklik qabiliyyəti də nöqtələrlə deyil, bir dyümə düşən xətlərlə (lpi – line per inch) ifadə olunur.
Web-kamera
Web-kamera vasitəsilə İnternetə videotəsvirlər çıxarılır. Bu zaman ötürülən təsvirin seyrəklik dərəcəsi 640x480 olur. Bu qurğu Microsoft NetMeeting adlı səs və videomüraciət proqram təminatı ilə işləyir. Son illərdə istehsal edilən Web-kameraların əksəriyyəti kompyuterə USB portu vasitəsilə qoşulur və əlavə qida mənbəyi tələb etmir.