Seçilmiş əsərləri X
205
Hər halda poeziyanın ötən əsrin 60-70-ci illər gəncliyini
bu günkü gəncliklə müqayisə etmək olmaz. Açıq desək, o döv-
rün gənc ədibləri özlərindən əvvəlkiləri bəyənməmək, aşağıla-
maq yolu ilə özünü qaldırmaq (əgər bu qalxmağa köməkdirsə)
fikrindən çox-çox uzaq idi. Əlbəttə, oğullar-atalar problemi ta-
rix boyu mövcud olub. Lakin yenilər özündən əvvəlkiləri inkar
etmək deyil, sənətdə «adət qoxusu» (Y.V.Çəmənzəminli) verən
məqamlardan qaçmaq, sənətin ruhunu, nəfəsini təravətləndir-
mək, sənətə nəsə bir yenilik gətirmək məqsədi daşıyırdılar. Bu
da təbii ki, irəliləyiş idi, bir yerdə durub təpik döyməkdən qaç-
maq idi.
Ələkbər Salahzadə yaradıcılığı lap əvvəldən fikrin ifadə
və məzmun planındakı keyfiyyət yenilikləri ilə səciyyəvidir.
Onun poetik deyimində «qaçan atın ayaq səslərini eşidir, par-
par yanan nallarının qönçə-qönçə açılışını» görür, yel dəyirma-
nının pərlərində dolaşıb qalan əlçim-əlçim küləyin iniltisini
duyuruq:
Bir at keçdi,
nallarında od keçdi.
Daş yolu çala-çala,
ayaqları
səs dolu qönçə kimi
açıla-açıla
bir at keçdi.
Yaxud:
Səhərin içindən
bir günəş çıxdı,
nəhəng bir yumurta
sarısı kimi.
Uca bir budağa qalxdı
günorta,
Firuzə Məmmədli
206
kəndçinin qanpipik
xoruzu kimi.
Ələkbər yaradıcılığa obrazlar şairi kimi gəldi. Onun ob-
razları öz təravətini və yeniliyini bu gün də qoruyub saxlamaq-
dadır və yaradıcılığa başlayan gənclik üçün bir örnək, bir
məktəbdir.
Camalın Kamal oğlu
dərslərindən axsıyırmış.
Odur ki,
adlı-sanlı, sinli dədəsini də
qoltuq ağacı tək
götürüb gəlib.
Əlbəttə, axsayana qoltuq ağacı vacibdir. Lakin «dərsin-
dən axsamaq» və irəli getməsinə kömək etmək üçün dədəsini
«qoltuq ağacı» etmək artıq Ələkbər Salahzadə poetik nitqinin
özünəməxsusluğudur.
Şairin ötən əsrin 70-ci illərində poeziyaya gətirdiyi «qol-
tuq ağacı» metaforası 90-cı illərdə yaradıcılığa başlayan bir çox
gəncin ilham mənbəyinə çevrilmişdi.
Ələkbər Salahzadə 60-cılar sırasında poetik nitqimizi
özünün coşğun ilhamı və istedadı ilə zənginləşdirən şairləri-
mizdəndir. Elə istedadlı olduğu üçün də istedadlı gənclərin
böyük ədəbiyyata yolunu işıqlandırmağa çalışırdı. Şəxsən mə-
nim ədəbiyyata gəlişim Ələkbərin açdığı belə qapıların birin-
dən keçib. Keçib və mən deyərdim ki, uğurlu da olub.
Onun böyük ürəyi, şəxsiyyət bütövlüyü, poetik sözün də-
yərini zərgər dəqiqliyi ilə müəyyənləşdirmək qabiliyyəti, qədir-
bilənliyi, qayğıkeşliyi yaradıcılığımın başlancığında mənə öz
qardaş əlini uzatdı. Tutdum o əldən, inam, etimad, etiqad və
minnətdarlıqla. Bu əhvəlat belə olmuşdu:
|