Validə Hüseynova.
Məşhur «Azərbaycan qızıyam» şeiri-
nə yazılan mahnısı ilə dillər əzbəri olmuşdu.
Rüzgar Əfəndiyeva.
Ən incə, ən lətif mahnı mətnlərinin
müəllifi. Onun poeziyasının ruhunda elə bir musiqi vardı ki,
heç bir bəstəkar bu şeirlərin yanından etinasız ötüb keçə bil-
mirdi.
Südabə ġəfa.
O həm də bəstəkar idi. Onun bəstələdiyi
mahnılar insan ruhunun həqiqi mənada ləziz qidası idi. Çox tə-
əssüf ki, o mahnılar bugünki gənclərin ifasında eşidilmir.
Rəfiqə Hüseynova.
İncə, lətif məhəbbət şeirləri ilə se-
çilirdi. Məhəbbətin özü qədər şirin duyğular şairidir Rəfiqə
xanım.
Kamilə Nemət.
Bu xanımın şeirləri də taleyi kimi müəm-
malarla zəngin idi. Poetik tapıntıları həm şeirlərin deyim tər-
zində, həm də mövzu axtarışlarında boy verirdi.
Sonrakı illərdə Ofelya Babayeva, Nurəngiz Gün, Zərxa-
nım Ülvi, Zərifə Cahangirli kimi istedadlı xanımlar gəldi şeir
sənətimizə. Hər biri – öz səsi, öz sözü, öz nəfəsi ilə.
Biz xoşbəxt idik ki, bədii söz sənətinin bu axar-baxarlı
bağçasının söz demək yolunda oxuyub-öyrənməkdən, yazıb-
yaratmaqdan usanmırdıq. «Hər addımda burnumuzdan vursa
da», bu yol bizi elə «sehirləmiş, elə cadulamışdı» ki, «bəzən
geriyə yol yoxdur!» hökmü qarşısında ancaq irəlini görür, irəli-
yə can atırdıq. Şəxsən mən heç vaxt poeziyanın mənə verəcəyi
imtiyazlar, şan-şöhrət barəsində düşünməmişəm. Sadəcə, tək
Firuzə Məmmədli
210
bircə övladı olan ananın öz övladının başı üstündə əsdiyi kimi
əsməyə, qoruyub saxlamağa çalışmışam onu. Tanrının mənə
ünvanladığı söz sehrini – mənəviyyatımı, şəxsiyyətimi, təmiz
tutmağa, dünyaya, insana, dosta inamımı, etibarımı itirməməyə
çalışmışam. Xəyanət də görmüşəm, ikiüzlülülk də, düşmənçilik
də görmüşəm, biganəlik də. Yava söz eşidəndə qulağıma inan-
mamışam. «Bəlkə səhv eşitdim». Amma olub ki, dost, rəfiqə
dediyim adamdan eşitdiyim belə sözlər illərlə qəlbimdə qalan,
məni incidən, məni ağrıdan göynərtiyə çevrilib. Göynəmişəm
ona ki, bu sözü mən inanıb etibar etdiyim, həmişə yaxşılığını
istədiyim və bunun üçün cəhd etdiyim adamdan eşitmişəm.
Göynəmişəm ona ki, niyə bu sözün sərt cavabını ona həmin
dəqiqə verməmişəm. Bəlkə «dost» bildiyimi itirmək istəməmi-
şəm?! Amma əgər bu sözü deyən adam utanmadan, çəkinmə-
dən səni yamanlayırsa, sındırırsa, ona «dost» demək olardımı?!
Deyəsən mətləbdən çox uzaq düşdüm. Söhbət bizim ədəbiyyata
gəldiyimiz ədəbi mühitdən gedirdi. O mühitdən ki, oxumaq
üçün həvəs, öyrənmək üçün ümid və maraq vardı. Ələbəttə, on-
da da orta səviyyəli əsərlər yaradılırdı, oxuyurdun və dərhal sə-
viyyə barəsində aydın təsəvvürün olurdu. Odur ki, belə əsər-
lərlə tərbiyələnmək, zövqümüzü korlamaq istəmirdik. Amma
belə nümunələr az idi. Çox az. Bizim ədəbi mühitimiz bizim
yaradıcılığımıza istiqamət verən zirvələr idi.
Şairlik nədir? Şairlik üçüncü gözə malik olmaqdır.
O gözə ki, insanın alnında olur. O gözə ki, baxmır, amma
görür. O gözə ki, toxunmur, amma duyur. O gözə ki, əşyaların
alt yapısını görür. Heç kəsin görmədiyini, görə bilmədiyini
görür. Görür və gördüyünü poeziyanın cövhərinə çevirir. Bax,
belə bir mühit idi bizi yazıb-yaratmağa həvəsləndirən ədəbi
mühit...
Mən bilmədiklərimi mövcud ədəbi mühitdən öyrənməyi
ar bilmirdim. Çünki mən heç vaxt heç bir poeziya dərnəyində
iştirak etmirdim, heç bir ədəbi məclisdə olmamışdım. Sadəcə
olaraq, mənim buna vaxtım yox idi: Tələbə vaxtı bazar günləri
|