Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə91/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   87   88   89   90   91   92   93   94   ...   321
Seçilmiş əsərləri X 
213 
fikirlərlə yüklənmiş yazılar o qədər çoxdur ki!.. Təəssüf ki, 
belə yazıların müəllifləri özlərinə arxa da tapır, mükafat da alır, 
fəxri adlara da əl uzadır... 
Lakin nə olursa-olsun, ədəbi mühiti belələrinin adı ilə 
çirkləndirmək ən azı sənətə xəyanətdir. 
Gənc ədəbi qüvvələrlə bağlı narazılıq yaradan cəhətlərdən 
biri də özlərindən razılıqları, həddən artıq qürurlanmaq cəhdlə-
ridir. Bir-iki babat şeir yazan kimi, onlara elə gəlir ki, ədəbiy-
yatın bel sütunu bunlardır və ədəbiyyat ayaq üstdə durduğu 
üçün bunlara minnətdar olmalıdır. Piar təbliğat deyilən bir nəs-
nəyə girişib birbaşa sələflərə hücum edirlər. Sələfləri aşağıla-
maqla diqqəti özlərinə yönəltməyə səy edirlər. Bəlkə də ələ für-
sət düşmüşkən nə isə qoparmaq, nəyəsə nail olmaq üçün belə 
vasitələr zamana uyğundur. Lakin unutmaq olmaz ki, bədii söz 
sənəti pak sənətdir. O belə şeyləri bağışlamır və belə söz adam-
ları tezliklə söz, sənət uğurlarından məhrum olurlar. 
Bəzən təəccüblənirlər, kimsə 70, 80 yaşında da gənclik 
həvəsi, gənclik hərarəti ilə yazıb-yaradır. Öz səviyyəsindən 
enmir. Qocalıq deyilən ağırlıq onun şeirlərinin ruhunu, ahən-
gini öldürə bilmir. Belə şairlər lap qocalıqla bağlı şeirlərində də 
öz əvvəlki ritm və ahəngini, yeni söz demək, poetik tapıntılarla 
oxucusunu sevindirmək müdrikliyini qoruyub saxlayır; qəlbin-
dəki sözə, sənətə sədaqət, məhəbbət kimi, qəlbindəki saflıq, 
paklıq kimi. 
Şairi və şeiri qoruyan, ona uzunömürlülük gətirən amil-
lərdən ən mühümü ilahi məhəbbət, səmavi sevgidir. Tanrının 
yaratdığı nə varsa, hamısı gözəldir, hamısı ilahi məhəbbətə la-
yiqdir. Yaradılışı sevmək – onlardan enerji almaq deməkdir. 
Dünya sirlərlə doludur. Şairlik isə bu sirlərin ən əcaibidir. 
Amma bir iş var ki, əsil şair şair olduğunu dərk edən andan 
gərək həm də onun (şairliyin) tərbiyəsi ilə məşğul olsun. Şairin 
böhran keçirdiyi də olur, ilhamının bulaq kimi aşıb-daşdığı da. 
İlhamı çağırmaq üçün cürbəcür vasitələrə – daha çox içkiyə 
meyl salanlar da var. Onu – şairliyi ərköyün övlad kimi qoru-



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin