Firuzə Məmmədli
216
ĠKĠ OD ARASINDA
ÖMR EDƏN TARĠXĠMĠZ
“Ədəbiyyat qəzeti”ndə gedən “Alp ər Tonqa” adlı məqa-
ləni böyük maraq, diqqət və həvəslə oxudum. Doğrudan da əc-
dadlarımızın və torpaqlarımızın tarixi vaxt, zaman burulğanları
içərisində necə xaosa çevrilibsə, bu gün bu pırtlaşıq
düşmüş
kələfi açmaq az qala müşkülə çevrilmişdir. Məqaləni oxuduqca
tariximizin xaos içərisindən – haradansa uzaqlardan, lap uzaq-
lardan gələn hünər və zəfər səsləri qulaqlarımda səslənirdi.
Mənə belə gəlir ki,
qəlbində yurd-yuva məhəbbəti, ulularının
nəsil-nəsil əkildiyi torpaq yanğısı, əslə-kökə bağlılığı olan hər
bir kəs belə axtarışların izinə düşüb həqiqəti üzə çıxarmaq, tək-
cə çıxarmaq yox, tarixi ələk-vələk edib haqq olanı öz taxtında
oturtmaq əzmindən kənarda qalmamalıdır.
Məqaləni oxuduqca türkün dünyanın
əvvəlindən gələn
“Ur!” nidasını eşidir, zəfər çalan orduların qələbə bayraqlarını
dalğalandıran təbil səsləri qulağında gurlayır, iftixar hissindən
köksün qabarır, bununla belə, şüuraltı olaraq içini-içalatını
göynədən suallar qarşısında acizliyini duyub göynəyirsən: Keç-
mişimizi, tariximizi, izimizi-tozumuzu yer üzündən silib-atma-
ğa cəhd göstərənlər kimlər idi axı? Tarix boyu bizi özümüzdən
uzaqlara tullayaraq öz yerimizdə, yurdumuzda bizə “Gəlmə”
adı qoymaq hansı xəbis niyyətlərdən doğub-törəyirmiş?! Bütün
bu nəhənglikdə tarixin gedişini bizim inkarımıza
necə isti-
qamətləndirə bilmişlər?
Demək, bəhs açmaq istədiyim mətləblərdən biri də “Alp
ər Tonqa” adındakı “Tonqa” sözü ilə bağlıdır. Bu ad dilimiz-
dəki bəzi sözləri yadıma saldı: “Tonqal”, “donqar”, “döngə”,
“Təngə (altı)” və s.
Məqalə düşündürücü məzmunu, tarixə real baxışı, radikal
münasibəti ilə məni bir oxucu olaraq, fəth etdi: Yadıma böyük