Firuzə Məmmədli
226
Xaçmaz ilkin gördüyüm vaxdakı araba təkərlərinin xırçıl-
tılı səsi, küçədə qaçışan ayaqyalın uşaqları, elə kənddəki evlər
kimi
ikimərtəbəli evləri ilə, sonralar isə (təxminən ötən əsrin
60-70-ci illərində) topuğa qədər lehmə palçıqlı avtovağzalı və
bazar meydanı ilə (Bunlar bir-birinə yaxın idi) xəyalımda ya-
şayır. Sonralar çox şey dəyişdi. Xaçmaz şəhər statusu aldı. Xaç-
mazda üçmərtəbəli xəstəxana binaları, beşmərtəbəli evlər, ya-
taqxanalar, təzə kinoteatr binaları tikildi. Köhnə parklar abadaş-
dırıldı. Qədimdən-qədim Xaçmazın
görkəmində yeniləşmə,
gəncləşmə getməyə başladı. Hər şey insan əlindədir, hər şey
gün-güzarandan asılıdır. İnsan öz ətrafında cənnət yaradıb öz
yer ömrünü cənnətdə də keçirə bilər, cəhənnəm yaradıb cəhən-
nəmdə də. Yeri
gəlmişkən, «Xaçmaz» toponimi barəsində: Bu
ad ilk dəfə VII əsr ərəb mənbələrində müşahidə olunur. «Xoz-
mas» fonetik tərkibində qeydə ahnmışdır. Prof. Q.A.Qeybul-
layev bu adı «Xoz- xaz-kas-qaz kimi variantlarda qədim türk
xalqları olan kaspi-xəzər tayfalarına calayır. «Mas» isə massa-
getlərlə əlaqələndirilir. Xaçmaza yolum gec-gec düşür. Çox
vaxt Canaxırdan üzübəri qayıdıram. Odur ki, burada gedən də-
yişikliklərdən xəbərsiz oluram. Elə bunun nəticəsidir ki, bu yay
Xaçmaz şəhərinin küçələri ilə şütüyüb keçən taksidən baxanda
şəhəri tanımadım. Mənə elə gəldi ki, möcüzə baş verib və taksi-
miz hansısa son dərəcə abad və müasir bir şəhərə düşüb. Yol
boyu yüksək memarlıq üslubu ilə tikilmiş, yaxud təmir olunmuş
binalar
öz durumu, düzümü, parlaq görkəmi ilə göz oxşayır,
adamı heyrətdə qoyur. Tam səmimiyyətimlə deyə bilərəm ki,
Xaçmazda hələ bu vaxta qədər bu zövqdə, bu incəlikdə, bu təm-
təraqda tikinti-quruculuq işləri aparılmamışdı. Şəhərın icra baş-
çısı cənab Şəmsəddin Xanbabayevə qəlbimdə dərin bir minnət-
darlıq hissi duydum.
Sevindirici haldır ki, bu gün böyük vətənim Azərbaycanın
hər yerində olduğu kimi, Xaçmazda da nəhəng quruculuq işləri
aparıhr.
«Azərbaycan sədaları» jurnalı.
Oktyabr-noyabr. 2009