Seçilmiş əsərləri X 221
HƏQĠQƏTLƏRĠMĠZĠN GÜZGÜSÜ Yenidənqurma sosial-ictimai həyətamızın güzgüsü kimi
illərdən bəri yığılıb qalan əyər-əskiyimizi göstərməklə nöqsan-
larımızın düzəldilməsi yolunda xeyli iş görmüşdür. İctimai hə-
atımızda inqilabi yeniləşmə kimi qiymətləndirdiyimiz bu pro-
sesin sürətləndirilməsi və uğurla başa çatması işində telefiziya-
nın rolu əvəzsizdir. Təsadüfi deyil ki, bu gün Mərkəzi Televi-
ziya ilə aşkarlıq mövqeyindən nümayiş etdirilən bir çox sənədli
filmlərə tamaşaçı marağı ən yaxşı bədii filmlərə münasibətdən
heç də geri qalmır. Yenidənqurma Azərbaycan Televiziyasının
proqramlarının tərtibində, verilişlərin məzmun və formasında
süjet və kompozisiyasında, xüsusən bədii-publisistik materialın
ekran həllində də özünün müsbət təsirini göstərmişdir.
«Telefilm yaradıcılıq birliyinin» çəkdiyi «Rakurs» adlı
sənədli lentin nümayişi ölkəmizdə gedən bu böyük və qarşısı-
alınmaz prosesin təbii nəticəsi kimi bir çox cəhətləri ilə yaxşı
təsir bağışladı. Film təkcə ssenari və rejissura işi ilə deyil, həm
də iştirakçıların seçilməsi və müsahibələrin həyat həqiqətini
əks etdirmə dərəcəsi ilə gözlənilməz təsir bağışlayır. Belə ki,
ekran hadisələrini müşahidə edən adi tamaşaçı hazır məhsulun
qəbuledicisi, obyektiv və ya subyektiv qiymətvericisi olmaqla,
kino yaradıcılığı prosesindəki çətinliklərdən, bu sahədə çalışan
şəxslərin ağır və mürəkkəb işinin xüsusiyyətlərindən bixəbər
olurlar. Buna görə də müşahidə edilən əsər barəsində çox asan-
lıqla söylənilən rəylər bir çox hallarda çəkiliş qrupunun ünva-
nına yönəldilmiş narazılıqlardan ibarət olur.
Bu mənada, «Raukrs» filmi kino yaradıcılığının çətin və
mürəkkəb prosesləri, bu sahədə hələ də davam etməkdə olan
yayımlar barəsində ürəkaçıqlığı ilə, tamaşaçını razı salan bir
səmimiyyət və reallıqla söylənilən, hamının ürəyindən xəbər
verən bir etirafdır: sənədli telefilmlərimizin əsas kütləsində