Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə99/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   95   96   97   98   99   100   101   102   ...   321
Firuzə Məmmədli 
224 
tur işi ilə bağlı cəhətdir. Bunu ancaq mütəxəssislər görür. Adi 
adamlara, belə binaların sakinlərinə burası məlumdur ki, bu gö-
zəl tikililər etibarlıdır, möhkəmdir, qorxusuzdur. Lap istəyirsən 
iyirminci mərtəbədə yaşa. 
Lakin yeni tikililərin başqa, dərhal nəzərə çarpan bir cəhəti 
də bunlardakı milli ornament bəzək-düzəyidir. Yeni tikililər bö-
yük bir zövq və incəliklə, həvəs və həssaslıqla klassik şərq nəq-
qaşlığının, qədim şərq memarlığının ən gözəl ənənələri üslubunda 
bəzənib əsil milli özbək gözəli kimi ortaya çıxır. Bu millilik, bu 
klassiklik müasir insanın zövqünü ona görə oxşayır ki, bunlar mü-
asir arxitektura elementləri ilə həm memarlıq quruluşunda, həm 
də nəqşləmə işində ustalıqla, böyük bir zərifliklə uyğunlaşdırılır. 
Nəhəng binaları əzəmətli və zərif göstərən rəng çalarları, Özbəkis-
tan səmasına məxsus yüngül tül oxşarlığında bəzək zərifliyi elə bil 
bu hündürmərtəbəli gözəl binaları uca-uca, ulu-ulu göylərə qovuş-
durur. Soyuq rənglərdən bol-bol, həm də kifayət dərəcədə zəriflik-
lə istifadə istiqanlı Orta Asiya təbiəti ilə təzad yaradır ki, bu da 
istilər fəslinin atmosferinə bir yüngüllük gətirir. Qiymətli cəhətlər-
dən biri də Daşkənd torpağında təbii landşaftın, faunanın, floranın 
saxlanılmasına qayğıdır. Bağlar-parklar, yol kənarları təbii yaşıl-
lıqlar içərisinə qərq olmuşdur. İnsan əli bura da müdaxilə edir; La-
kin ahəstə, zərif, təbiətin könlünə toxunmadan, onu qoruya-qoru-
ya, əzizləyə-əzizləyə. Saldığı çiçəkliklərin özünə belə koloritlə 
zəngin naxış uyarlığı verir. Ona görə də Daşkənd ilin dörd fəslini 
belə aydın, belə təbii yaşayır. 
Baharı – cənnət fəsli ilə, yayı – hərarətli nəfəsi ilə, payızı 
– sapsarı xəzanı ilə, qışı – brilyant qarı ilə gözəldir Daşkəndin. 
Belə bir torpaqdan ucalan insan mənəviyyatca saf, fiziki 
cəhətdən sağlam, cəsur və qorxmaz olmalıdır. 
Bu qeydlər səfərimin əvvəlinə aid olsa da, səfərimin sonun-
da belə bir nəticəyə gəlməkdə haqlı olduğuma bir daha inandım. 
Safdır, təmizdir, düzlük, haqq-ədalət sevəndir Daşkəndlilər. 
1984 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin