Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə107/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   103   104   105   106   107   108   109   110   ...   321
Seçilmiş əsərləri X 
235 
Cığırlar yolların hörükləridi, 
Qıvrılıb, baş qoyub məzar daşına. 
Bir həssas qələm sahibi kimi müəllif öz təəssüfünü 
Bahar oyanmır daha, 
Günəş də yanmır daha 
Günlər də qanmır daha 
Çöllər darıxır sənsiz. 
...Ölüm, anına gəldik, 
Dünya sonuna gəldik. 
Şair, yanına gəldik, – 
Güllər darıxır sənsiz. 
kimi ifadə edir. 
Müəllif metaforik planda «illər» arxasında yeni-yeni nə-
sillərin gəlişini, «güllər» arxasında isə gələn nəsillərin gedənlə-
rə ehtiramını görür və bəşər tarixinin zaman-zaman torpağa 
əmanət etdiyi böyük şəxsiyyətlərin ölməzliyini vurğulayır: 
Həyat şeir adlı ölümsüzlüyü 
Yazıb misra-misra söz yaddaşına. 
Şəfəq Sahiblinin poeziya imperiyasına doğru yeni addımı 
olan bu kitabı alın və oxuyun, peşiman olmazsınız. 
«Alovuna üşüyən şam», Bakı, 2012 


Firuzə Məmmədli 
236 
 
 
ÖN SÖZ ƏVƏZĠ 
 
Tarix bizdən uzaqlaşdıqca hövsələmizin dar dəhlizində 
çırpına-çırpına onu vərəqləmək, onu araşdırmaq, ələk-vələk 
edib, hansı yaşımızda olursa-olsun, həqiqəti üzə çıxarmaq, bu 
həqiqət çirkabdan tökülmüşsə belə, əlimizi qana batırırmış kimi 
bu çirkaba batırıb, oyunmu deyim, günahmı deyim, cinayətmi 
deyim, hər nədirsə, onu törədənlərin sifətinə sillə çəkmək və – 
«Buyur, keçir bu biaburçılıq xaltasını boynuna, buyur, iç, tök-
düyün bu qanı, bu çirkabın enini, uzununu biç boyuna, özünün, 
övladının, nəvə-nəticələrinin namusuna yama, çünki bu sənin 
müsibətin, bu sənin fəryadın, bu sənin səfalətin olmalı idi» - 
çığırmaq arzusu ilə alışıb-yanırsan. 
Hələ on iki il bundan əvvəl «Qorxuram» şeirimdə yazdı-
ğım «Qorxuram ayımda, ilimdə qalan bir «uf»a, bir «ah» itilən-
məyəm» qorxusunun reallaşan biganəliyində özümçün sakitlik 
tapdığım günlərin birində içimdə bir «Zəngulə» fəryad qopardı. 
Mən Qarabağ ağrısını keçib gəlmişdim axı. Bəs bu nə idi belə? 
Bəs bu ağrı, bu acı, bu xəcalət, bu günahkarlıq hissi hardan bü-
rüdü məni? 
Suallarla başınızı ağrıtmayıb, birbaşa mətləbə keçirəm: 
Nüşabə Məmmədli. Bu ad mənə çoxdan tanış idi. Amma 
sən demə sənət aləmində iki Nüşabəmiz varmış. İkisi də Məm-
mədli. «İgidin adını eşit, üzünü görmə» - deyiblər. Üzünü gör-
mədiyim Nüşabələrimizin yaradıcılıq məhsullarını qatıb-qarış-
dıran tək mən deyiləmmiş. Nə yaxşı ki, mən onlardan biri ilə 
şəxsən tanış oldum. Bu, ucaboylu, xanımın daxilində necə bir 
ağrı yatdığını, bir himə bəndmiş kimi bu ağrının onun baxışla-
rından, şirin Qarabağ ləhcəsi ilə birbaşa ürəklərə yol salan duz-
lu-məzəli, nitqindən, incə-mincəlikdən daha artıq mərdlitk və 
dəyanətdən, zəhmət və cəsarətdən xəbər verən əllərindən, yeri-
şindən-duruşundan püskürəcəyini heç ağlıma belə gətirməzdim. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin