Seçilmiş əsərləri X
235
Cığırlar yolların hörükləridi,
Qıvrılıb, baş qoyub məzar daşına.
Bir həssas qələm sahibi kimi müəllif öz təəssüfünü
Bahar oyanmır daha,
Günəş də yanmır daha
Günlər də qanmır daha
Çöllər darıxır sənsiz.
...Ölüm, anına gəldik,
Dünya sonuna gəldik.
Şair, yanına gəldik, –
Güllər darıxır sənsiz.
kimi ifadə edir.
Müəllif metaforik planda «illər» arxasında yeni-yeni nə-
sillərin gəlişini, «güllər» arxasında isə gələn nəsillərin gedənlə-
rə ehtiramını görür və bəşər tarixinin zaman-zaman torpağa
əmanət etdiyi böyük şəxsiyyətlərin ölməzliyini vurğulayır:
Həyat şeir adlı ölümsüzlüyü
Yazıb misra-misra söz yaddaşına.
Şəfəq Sahiblinin poeziya imperiyasına doğru yeni addımı
olan bu kitabı alın və oxuyun, peşiman olmazsınız.
«Alovuna üşüyən şam», Bakı, 2012
Firuzə Məmmədli
236
ÖN SÖZ ƏVƏZĠ
Tarix bizdən uzaqlaşdıqca hövsələmizin dar dəhlizində
çırpına-çırpına onu vərəqləmək, onu araşdırmaq, ələk-vələk
edib, hansı yaşımızda olursa-olsun, həqiqəti üzə çıxarmaq, bu
həqiqət çirkabdan tökülmüşsə belə, əlimizi qana batırırmış kimi
bu çirkaba batırıb, oyunmu deyim, günahmı deyim, cinayətmi
deyim, hər nədirsə, onu törədənlərin sifətinə sillə çəkmək və –
«Buyur, keçir bu biaburçılıq xaltasını boynuna, buyur, iç, tök-
düyün bu qanı, bu çirkabın enini, uzununu biç boyuna, özünün,
övladının, nəvə-nəticələrinin namusuna yama, çünki bu sənin
müsibətin, bu sənin fəryadın, bu sənin səfalətin olmalı idi» -
çığırmaq arzusu ilə alışıb-yanırsan.
Hələ on iki il bundan əvvəl «Qorxuram» şeirimdə yazdı-
ğım «Qorxuram ayımda, ilimdə qalan bir «uf»a, bir «ah» itilən-
məyəm» qorxusunun reallaşan biganəliyində özümçün sakitlik
tapdığım günlərin birində içimdə bir «Zəngulə» fəryad qopardı.
Mən Qarabağ ağrısını keçib gəlmişdim axı. Bəs bu nə idi belə?
Bəs bu ağrı, bu acı, bu xəcalət, bu günahkarlıq hissi hardan bü-
rüdü məni?
Suallarla başınızı ağrıtmayıb, birbaşa mətləbə keçirəm:
Nüşabə Məmmədli. Bu ad mənə çoxdan tanış idi. Amma
sən demə sənət aləmində iki Nüşabəmiz varmış. İkisi də Məm-
mədli. «İgidin adını eşit, üzünü görmə» - deyiblər. Üzünü gör-
mədiyim Nüşabələrimizin yaradıcılıq məhsullarını qatıb-qarış-
dıran tək mən deyiləmmiş. Nə yaxşı ki, mən onlardan biri ilə
şəxsən tanış oldum. Bu, ucaboylu, xanımın daxilində necə bir
ağrı yatdığını, bir himə bəndmiş kimi bu ağrının onun baxışla-
rından, şirin Qarabağ ləhcəsi ilə birbaşa ürəklərə yol salan duz-
lu-məzəli, nitqindən, incə-mincəlikdən daha artıq mərdlitk və
dəyanətdən, zəhmət və cəsarətdən xəbər verən əllərindən, yeri-
şindən-duruşundan püskürəcəyini heç ağlıma belə gətirməzdim.
|