Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə108/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   104   105   106   107   108   109   110   111   ...   321
Seçilmiş əsərləri X 
237 
İncə lirik şeirləri, zəngin koloritli nəsri ilə tanış idim. Axı, har-
dan bileydim ki, birdən-birə bir can zənguləsi, vicdan zənguləsi
namus-qeyrət zənguləsi qulağıma elə bir Cəngi harayı çatdıra-
caq ki, bu xanımı yeni bir keyfiyyətlə – vətəndaş qeyrəti, cəsa-
rət, comərdlik, haqsızlığa qarşı üsyankarlıq, Vətən uğrunda fə-
dakarlığa hər an, hər dəqiqə hazır olmaq kimi çoxumuz üçün 
qeyri-adi bir keyfiyyətlə daha maraqlı edəcək. 
Nə yaxşı ki, Nüşabə xanım «Zəngulə» adlı povestinin əl-
yazmasını oxumaq üçün mənə verdi. Bəri başdan deyim ki, 
«Zəngulə» bir yurdun, bir elin, bir ölkənin, bir xalqın fərya-
dıdır, korun-korun közərən, közərdikcə yanğısı artan, artdıqca 
xəcalətdən köynək-köynək ət tökdürən ittihamıdır. İntiqam tələ-
bidir, kişilik, qeyrət çağırışıdır «Zəngulə». 
O vaxt, o gün çoxumuz bilmədik ki, nə az-nə çox, düz bir 
əsr ərzində atasından, babasından xəyanət, qəddarlıq, vəhşilik, 
ikiüzlülük, quduzluq, tamahkarlıq, biclik öyrənə-öyrənə bunu 
nəsil-nəsil dünyaya gələn körpələrinin qanına-canına ana südü 
ilə yeridən mənfur qonşularımız – əsl düşmənlərimiz pəh-pəhlə 
tikib şəhərə çevirdiyimiz, yüksək tribunalardan şəhər saldığı-
mızı dönə-dönə vurğulayıb fəxr etdiyimiz Xocalının – gözü 
yolda qalan, yalan vədlərin dadı damağından getməyən Xocalı-
nın və orada artıq neçə aydın bəri əlbəyaxa döyüş şəraitində ya-
şayan əhalisinin başına nələr gətirdi. Bir il sonra isə «Məscid-
lərin qənim mənə, Girəmmədim qollarına» deyəcəyəm. Amma 
o zaman televiziya «Xəbərlər»i Xocalıya hücum olduğunu, bir 
neçə nəfərin əsir düşdüyünü və öldürüldüyünü deməklə emo-
siyaların başına ip sala bildi. 
Bəs sonra nələr meydana çıxdı? Demək, eşitmək azdır. 
Gözlər gərək idi bu müsibəti görməyə, ağlamağa, ağlatmağa. 
Nüşabə xanım sözün, duyğunun, hissin min-bir çaları ilə bu cə-
hənnəmin iç üzünü açıb-tökür. Yox, bu cəhənnəmin içərisinə 
girir, oradakı qurbanlarla birgə yanıb-yaxılır; Nüşabə dilinin öt-
kəmliyi baş vermiş hadisələri elə real epizodlarla əyaniləşdirir 
ki, tonqala dönmüş Qarabağın ağrısını, abır-həyası tökülmüş 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin