Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə103/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   99   100   101   102   103   104   105   106   ...   321
Firuzə Məmmədli 
230 
Budur, Mürsəl müəllim. («Bir ömürlük sevinc»). «Nə qə-
dər ki, Mürsəl müəllim kənddəydi, nə qədər ki, savad yiyəsi ol-
maqdan ötrü Bakıya getməmişdi, ona kəndin qocası da, cavanı 
da şair Mürsəl deyirdi.» 
Hekayə bu cümlə ilə başlayır və bu bir cümlənin daxili 
məzmununda biz Mürsəl müəllim haqqında bir neçə istiqamət-
də informasiya alırıq: 1. Mürsəl müəllimdir. 2. Söhbət onun bu-
günündən yox, dünənindən gedir. Yəni o hələ müəllim olmayan 
vaxtdan. 3. Mürsəl savad almaq üçün Bakıya gedəcək. 4. Mür-
səldə kəndin qocasının və cavanının diqqətinə və heyrətinə sə-
bəb olan böyük bir istedad var. 
Mənzər xanımın obrazları xarakter etibarı ilə sadə, səmimi 
insanlardır. Vicdanlıdır, təvazökardır (Mürsəl «şair» sözü ilə 
qürrələnə və savaddan kasıb olan bir kənddə məşhurlaşıb ağ-
saqqallıq iddiasına düşə bilərdi. Amma o bunu etmir. «Mən şair 
deyiləm» deyir. Yəni Mürsələ vicdanı yol vermir ki, özünün ol-
mayan şeirləri əzbər dediyi üçün ona şair deyən camaatı aldat-
sın), uzaqgörəndir (o bilir ki, bu gün olmasa da, sabah kənd sa-
vadlanacaq və bu şeirlərin Mürsəlin deyil, S.Vurğunun, M.Müş-
fıqin, H.Cavidin olduğunu başa düşəcək), zəhmətsevərdir (o nə 
ailəsinin, nə də kəndin qayğılarını çiyninə götürməkdən çəkin-
mir). Bütün bu informasiya yükünün müəllifın cəmi bir neçə 
cümləsində yuvarlaqlaşması həm də Mənzər xanımın ümumi-
ləşdirmə bacarığından xəbər verir. Ümumiləşdirmə isə istər ti-
pajların bədii təqdimatında, istərsə də hadisələrin təsvirində bə-
dii nəsr üçün çox vacib amillərdən biridir. Mən üç sənətkarın 
təsvir imkanını müqayisə etmək istərdim. Adını çəkmədiyim bir 
yazıçı evdə keçən qonaqlıq məclisinin əvvəlini belə təsvir edir: 
«Yemək süfrəsindən qabaq qapı açıldı, bir əlində aftafa, bir 
əlində ləyən və qolunun üstünə əl dəsmalı salmış nökər içəri 
girdi, bir-bir qonaqların əlinə su tökdü. Qonaqlar əllərini yuyub 
nökərin qolu üstündəki dəsmalla quruladılar. Nökər aftafa-lə-
yəni götürüb qapıdan çıxdı». Görün mətləb nə qədər uzadılır. 
Təfərrüfatçılıq baş alıb gedir. Y.V.Çəmənzəminli isə xalqın 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin