Seçilmiş əsərləri X
241
Mən deyərdim, daş qayalar sərt olar,
Qucağında bircə ot da bitirməz.
şeiri özünün həm məzmun, həm də ifadə planı ilə seçilir.
Gülxani Pənah poeziyasının dili, intonasiya və ritmi
gedişdən sonrakı nəbzi andırır. Belə şerlərdə fikir, ahəng, mü-
raciət tonu ritmlə çulğaşıb şerin ümumi ovqatının ifadəsinə
yaxşı xidmət edir:
Mənə ürək vermisən-
Ürəksizə yar olum.
Özgəsinə bol, geniş,
Özüməsə dar olum.
Gülxani Pənah hələ cavandır. Şerlərinin məzmun planı,
məna tutumu, semantik cilalanması üzərində çalışmağa vaxtı
boldur. Qələmi şerdən-şerə inkişafdadır. İnanıram ki, ''quş ləh-
cəsini'' («Bu quş dilidir, bunu Süleyman bilir ancaq» - İmadəd-
din Nəsimi) quş dilində eşitmək istəyən ''Süleymanlarımız'' -
Gülxani xanımın gələcək oxucuları və tədqiqatçıları onun po-
etik deyimlərində ''quş leksikonuna'' məxsus semantik çalarlar-
la rastlaşanda aldıqları mənəvi zövq onları poeziyanın əfsanəvi
səmalarına qanadlandıracaq.
Əsil oxucu üçünsə bundan böyük sevinc yoxdur.
Mən Gülxani Pənah şerlərindən bir canlı varlıq, bir fərd,
bir insan - şəxs haqqında danışırmış kimi bəhs etdim.
Bu o deməkdir ki, bu şerlərinin hər birinin öz taleyi, öz
həyatı, öz xarakteri vardır. Bu isə şair üçün çox vacib olan
amillərdən biridir.
2004
Firuzə Məmmədli
242
Elmi-
Seçilmiş əsərləri X
243
AZƏRBAYCAN ƏDƏBĠ DĠLĠ
(1990-2010-cu illər)
(Dərs vəsaiti)
Dostları ilə paylaş: |