Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə109/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   105   106   107   108   109   110   111   112   ...   321
Firuzə Məmmədli 
238 
qız-gəlinin xəcalətini sümüyündə, iliyində duyursan. Duyur və 
hələ də nəyisə gözlədiyini görə-görə qovrulursan. 
Əsəri oxuyur və az qala yazıçını amansızlıqda günahlan-
dırırsan. Günahlandırırsan ki, axı, Şeyda xalanın yeganə oğlunu 
niyə bu müsibətlə öldürür, günahlandırırsan ki, axı, o gözəllikdə 
qızların təhqir olunmasını necə rəva bilir, günahlandırırsan ki, 
ağbirçək Həcər nənəni niyə bu kökə salır, niyə hamiləliyini giz-
ləyə-gizləyə körpəsini işıqlı dünyaya gətirmək arzusu ilə yanan 
Ceyranın başına bu boyda faciə gəlir? Lakin nə edəsən ki, bütün 
bunlar olmuşdu. Bütün bunların əsərdə real bədii boyalarla təs-
viri Nüşabə xanımın istedadından, püxtələşmiş qələmindən və 
zəngin bədii təxəyyülündən xəbər verir. 
«Zəngulə» təkcə olmuşların fəryadını bu günə çatdırması, 
itirilmiş torpaqlarımızın qaytarılması uğrunda döyüş təbillərini 
səsləndirməsi ilə deyil, mənfur düşmənlərimizin heç vaxt çıxa-
rılmayan tamah dişinə qarşı daim əldə silah hazır olmağa, içi-
mizdə qoyun dərisinə girmiş canavar kimi adımızı, soyadımızı 
özəlləşdirib keyfi kök-damağı çağ yaşayan, müharibənin odu-
alovu içərisində iki tərəfə işləyən anası erməni Qurgenlərə, oca-
ğımızın başında gəlin olub, yarı erməni, yarı türk nəsil artıran 
və erməni qarışığı olduğunu heç vaxt unutmayan Gülbəndlərə 
qarşı ayıq-sayıqlığa çağırışı ilə də qiymətli bir əsərdir. 
Qarabağ mövzusunda yazılmış bədii əsərlər sırasında özü-
nəməxsus yeri olan bu povestin əlamətdar cəhətlərindən biri də 
onunla bağlıdır ki, yazıçı hadisələrin təsvirində seyrçi deyil, 
iştirakçıdır. O, oxucunu hadisələrin əsiri edir. Əsirliklən qəribli-
yə düşən, burada da talesizliyin əsiri olan gənc bir azərbaycanlı 
qızın iztirabları ilə yaşayan oxucu bədii əsər oxumur, bütöv bir 
müharibə keçir, bütöv bir müsibət yaşayır. 
Bu bizik, əziz oxucu. Bu bizim müsibətimizdir. Qarabağ – 
qara baxt deyil. Biz bunu sübut etməliyik! 
«Zəngulə», Bakı. 2004 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin