Seçilmiş əsərləri X 249
da var. Bir qismi məzmunsuz tərtib olunur. «İmodium» haq-
qında reklama on dəfə baxsan da, bir şey başa düşməzsən.
Diktor və aparıcıların nitqində, bəzi müstəsnalara baxma-
yaraq, şivə xüsusiyyətləri az görünür. Kobud sözlər, söyüş söz-
ləri, vulqarizmlər daha çox şou qonaqlarının nitqində müşahidə
olunur. Bəzi aparıcıların bu cür halları süni gülüş naminə uğur-
lu saymaları yersizdir. Ən yaxşı söz mənalı sözdür, ibratamiz
sözdür. Hər bir çıxış edənin nitqindən tamaşaçı müsbət bir şey
öyrənməlidir. Və ya hər şey mədəni və həqiqətə uyğun olma-
lıdır.
Televiziya dublyajları pis təsir bağışlamır. Tərcümələr
əsasən normaldır. Lakin aktyor ifasında qüsurlar çoxdur. Bəzən
bir neçə obrazın nitqini eyni aktyor ifa edir. Bəzən obraz üçün
düzgün səs seçilmir. Bəzən aktyor tələsir, «Mən bunu bilərək-
dən eləmədim» əvəzinə, «Mən bunu bilmədən eləmədim» kimi
əks mənalı ifadələr işlədir. Səslər qarışır. Ton dəyişmir. Dialoq
süni gedir, filmdəki aktyorun mimikasına uyğun gəlmir, bəzən
geçikir. Səs tonunda emosionallıq süni təsir bağışlayır. Filmin
orijinalının səsi aradan qaldırılmadan Azərbaycan dilində səs-
ləndirilir. Bu, texniki iş hesab olunur, lakin filmin məzmununu
başa düşməyə mane olur, əsəbilik yaradır. «Qureyş qartalı» fil-
mində ərəbcə və azərbaycanca danışıq az qala eyni dərəcədə
eşidilir. Amma təbii ki, xarici filmlərin ana dilində səsləndiril-
məsi böyük hadisədir, qüsurlar tədricən aradan qaldırılmalıdır.
Ümumən hiss olunur ki, bir sıra istisna halları nəzərə al-
masaq, aparıcı diktorlar, şou aparıcıları, rayon müxbirləri əksə-
riyyət etibarilə ustalaşmışlar. Verilişlərə milli hisslə, ana dilinə
məhəbbət hissi ilə, ədəbi dil normalarını yaymaq, televiziya-
nitq normaları ilə ətraf mühitə təsir etmək ruhunda yetişmişlər.
Əsas qüsurlar ana dilinə məhəl qoymadan xarici dillərdə yara-
dılmış şəhər reklamlarının televiziyaya sel kimi hücumu ilə
bağlıdır. Qonaqların nitqinə fikir verilmir. Yüksək vəzifə sa-
hibləri çıxış edərkən ana dilinin sintaksisini daha çox pozurlar.
Hər bir kəs televiziya ekranlarına çıxarkən məsuliyyət hiss