Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə125/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   121   122   123   124   125   126   127   128   ...   321
Seçilmiş əsərləri X 
257 
fundament, arakəsmə – baryer, telefonoqramma –faks 
və s. 
qəbildən olan sözlərin dildəki taleyi tərəflər arasında gedən 
mübarizənin nəticəsindən asılı olacaqdır.
2. Söz və ifadələrdə məna geniĢlənməsi 
daha çox əv-
vəlki iqtisadi formasiyanın təsiri ilə daxili informasiyasında 
mənfi (və ya müsbət) emosiyaya meylliliyin mövcudluğu və 
hazırki sosial şəraitin bu informasiyaya geniş yol açması ilə 
bağlı meydana çıxmaqdadır. Məsələn məlumdur ki, «bazar», 
«alverçi», «falçı», «molla», «əməliyyat» və s. kimi sözlər sovet 
dövrünün dil ifadəçiləri olaraq mənfi məqamlarda işlədilir və 
hər kəs belə sözlərin ona ünvanlanmasına qarşı dözümsüzlük 
göstərirdi. Bu mənada - 
bazar arvadı, bazar açmaq, bazarbəyi, 
bazarı bağlanmaq, bazara çıxarmaq, bazar olsun, küçə alverçi-
si, mollalıq eləmək, molla halvanı gördü Yasin -Quran yaddan 
çıxdı
kimi ifadə və frazalar da həmin dövrün məhsulu kimi 
meydana çıxmışdı.
Hazırkı sosial-ictimai durum bu sözlərin denotantlarına 
tam mənası ilə bəraət qazandırdığından, belə sözlərin daxili in-
formasiyası əvvəlki əks-sədanı doğurmur. Bu mənada, sıxılma 
həmin sözlərin daxili informasiya məkanında getməyə başla-
mışdır. Odur ki, belə məna imkanı ilə artıq kimisə yamanlama, 
və ya kiməsə yarınmada passivlik müşahidə olunmaqdadır.
Əvəzində bu sözlərdə açıq-aydın müşahidə olunan bir 
məna genişlənməsi getməkdədir. Bu mənada, 
«bazar» sözü hər 
şeyin alınıb satılmasına işarə kimi (Bazar evimin içində, evim 
bazarın içində. Qaldım hasarı içində, Qaçası yerim yox daha); 
«bazar» - adam bazarı, qul bazarı, «bazar» - arvad bazarı, 
yaşıl bazar, bazar mədəniyyəti, bazar iqtisadiyyatı, bazar çənə-
ləşməsi, qara bazar, bazara çıxarmaq, maşın bazarı 
və s. kimi 
geniş informasiyalılıq əxz etmişdir. «Layihə» ötən əsrin dil 
sistemində tikinti - memarlıq sahəsində işləndiyi halda, hazırda 
bütün ictimai-iqtisadi və mədəni tədbirlərin plan-proqram məz-
mununu əhatə edir.



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin