2) Canlı danışıq dili, o cümlədən dialekt və şivələrdən
ədəbi dilə daxil olmaların sürətlənməsi.
Ümumişlək söz və ifadələrdə semantik dəyişiklər də özü-
nü iki şəkildə göstərir:
Firuzə Məmmədli
256
1) Söz və ifadələrdə semantik sıxılma
2) Söz və ifadələrdə məna geniĢlənməsi
1. Söz və ifadələrin mənasında sıxılma
daha çox bu va-
hidlərin işləklik dairəsinin məhdudlaşdırılması, daxili informa-
siya imkanlarının istifadəsiz qalması ilə bağlıdır. Belə sözlər
sosial-ictimai həyatımızın bütün sahələrini əhatə edir.
Nümunə
üçün:
namus, həya, ideal, əqidə, məslək, ar, yoldaş, ferma, me-
necer, realizm, real, idealist, naturalizm, döngə, hücrə, binə,
tağ, teleqram, teleqraf, zərf, mağaza, dükan, asılqan, diyar,
mənimsəmək, hörmək, hörgü, mənzərə (görüntü), nömrə (say),
nömrəli (saylı), qonaqlıq, don, libas, yığıncaq (form), cəfa, səfa
və s.
Bu qəbildən olan sözlərin işləklik dərəcəsi əvvəlki dövr-
lərlə müqayisədə xeyli zəifləmişdir.
Qeyd etməliyik ki, əvvəlki iqtisadi formasiyanın dəyiş-
məsi nəticəsində kollektiv təsərrüfat formalarının dağılması ilə
- heyvandarlıq fermaları, pambıqçılıq sovxozu, tərəvəzçilik
sovxozu, üzümçülük sovxozu, meyvəçilik sovxozları
və s. kimi
söz birləşmələrində də dağılma prosesi baş verdi. Hazırda bu
qəbildən olan birləşmələrin az bir qismi məhdud təsərrüfat sa-
hələri ilə bağlı işlədilməkdədir. Məsələn,
əkinçilik təsərrüfatla-
rı, bağçılıq sahələri
və s.
Ədəbi dilimizdə hələ XIV -XV əsrlərdən işlək olmuş
«yoldaş» sözü XX əsrin 20 -ci illərindən məna genişlənməsi ilə
fəal mövqe tutmuşdu. Lakin 90 -cı illərdən etibarən əvvəlki so-
sial-ictimai və siyasi durumun dəyişməsi ilə bu sözdə də mə-
naca sıxılma baş vermişdir. Belə ki, müraciət mövqeyində iş-
ləndiyi məna arxaikləşmiş və təkcə «yol yoldaşı», «dost –ta-
nış», bəzən evfemistik məqamlarda («həyat yoldaşı» mənala-
rında) saxlanılmışdır. Bir qism sözlər alınmalar tərəfindən sı-
xışdırılma nəticəsində məhdud dairədə işlənməyə başlamışdır.
Məsələn,
xəstəxana – klinika, rejissor – prodüsser, sahibkar –
fermer, bazar – marketinq, tağ – arka, zərf – konvert, binə –
|