Firuzə Məmmədli 254
1. Bu dildən ədəbi dilimizə daxil olan sözlər daha çox xalq danıĢıq dilində iĢlənir və ümumiĢləklik səciyyəsinə ma- likdir. 2. Belə sözlər dilimizdə iĢlənən bir çox rus-avropa və ərəb-fars sözlərinin sıxıĢdırılıb, lüğət tərkibinin passiv fon- duna keçməsinə səbəb olmuĢdur. Qeyd etmək lazımdır ki, ilk vaxtlar belə sözlərin dildə iş-
lədilməsi dəblə ayaqlaşmaq mahiyyəti daşıyırdısa, dilin aktiv
fonduna keçdikdən sonra bu sözlər artıq öz əvvəlki işlənmə
mahiyyətini itirib, ümumişləklik qazanmışdır.
Türkiyə türkcəsindən azərbaycan dilinə keçən sözlərin
böyük bir qismi türk dillərinin özəl kökləri ilə bağlı olan xalis
türk sözləridir.
Son iyirmi il ərzində Azərbaycan ədəbi dilinə daxil olan
sözlərin böyük bir qismi Avropa mənşəli sözlər olub, ticarət,
elm və texnika, siyasət, sosial durum, iqtisadiyyat və mədə-
niyyət sahələri ilə bağlı terminlərdir. Bu terminlərin mənşəyini
göstərən coğrafi xəritə geniş olduğu qədər də mürəkkəbdir.
Çünki texnoloji terminlərin əksər qismi beynəlmiləl sözlər sıra-
sında olub, təkcə anlayışın aid olduğu ölkəni, xalqı təmsil et-
mir. Belə sözlərin aid olduğu əşyalar bəzən bir ölkə, bir millət
tərəfindən kəşf edilmir, texnoloji cəhətdən inkişaf etmiş dövlət-
lərin bir çoxu onun hissələrinin təkmilləşdirilməsində və ya ha-
zırlanmasında iştirak edir. Beləliklə hər hansı bir texnoloji
kəşflə bağlı yaranan terminlər bir dilin deyil, bir neçə dilin ifa-
dəçilərindən ibarət olur. Lakin alınma söz səviyyəsində belə
sözlər arasında heç bir fərq yoxdur. Keçdiyi dildə bu sözlərin
hamısı alınma sözlər adlanır.
Ədəbi dilimizin müasir dövrü üçün səciyyəvi olan cəhət-
lərdən biri də belə alınmaların zəruri alınmalar sırasında olma-
sıdır. Doğurdan da kompyuter ictimai həyatımıza daxil olubsa,
o təkcə öz korpusu və işlənmə imkanları ilə deyil, bütövlükdə
onu ifadə edən, onu idarə edən, onu sökən və quran terminlər
sistemi ilə dilimizə daxil olmuşdur. Bunu isə ayrı sözlərlə ifadə