Firuzə Məmmədli
260
ləmək, dəhnə, dırmıxlamaq, innən belə, ta, tay (ədat), çıxdaş,
pərsəng, məzəndə, uralanmaq, xəlbirləmək, gərdək, ötkəm, qı-
lıq, özül, girov
və s. göstərmək olar.
b) Ədəbi dilimizə ötən yüzilliyin 90-cı illərindən etibarən
daxil olub, hazırda fəal mövqe tutan söz və ifadələr
Məlumdur ki, hər bir dilin leksik tərkibində zənginləşmə
təkcə daxili imkanlar deyil, həm də xarici imkanlar vasitəsilə
baş verir. Ötən əsrin 90-cı illərindən başlayaraq, Azərbaycan
ictimai-siyasi mühitində gedən proseslər dilimizin lüğət tərki-
bində nəzərə çarpacaq dərəcədə dəyişikliklərə səbəb olmuşdur.
Bu dəyişikliklərin əsasında xarici dillərdən, xüsusən Avropa,
eləcə də dünya dillərindən birbaşa dilimizə daxil olan leksik
alınmalar durur. Belə alınmaların bir qismi siyasi proseslərlə
bağlıdırsa, digər qismi xalqlar, millətlərarası ictimai-iqtisadi mü-
nasibətlərin genişlənməsi və dil əlaqələrində yaranan hüdudsuz
imkanlara əsaslanır. Birinci planda gedən proseslərdə dilimizə
daha çox termin və terminvari söz və ifadələr daxil olmuşsa,
sonuncu istiqamət həm termin (daha çox texnologiya ilə bağlı),
həm də adi ümumişlək səviyyəli sözlərə yol açmışdır.
Siyasi proseslərlə bağlı dilimizə yeni söz və ifadələrin
daxil olması ötən əsrin 80-90-cı illərindən başlamışdır. Belə
sözlərin əksəriyyəti keçmiş Sovetlər İttifaqının dağılması ilə
bağlı gedən ictimai-siyasi hərəkatın dil ifadəçiləri olmaqla,
həm də beynəlmiləl səciyyə daşıyır. Buraya aşağıdakıları daxil
etmək olar:
plürializm, alternativ, insident, avtoritar, totalitar,
eks-prezident, genosid, mediya, spiker, toleyrantlıq, eksklüziv,
balanslaşma, diskussiya, debat, polemika, kontakt, lobbiçilik,
prezentasiya, limit, ofis, müşavir, referent, bələdiyyə, başqan,
faks, yetərsay, lobbi, ekstremist, terrorist, referendum, reytinq,
parlament, diaspor, parlamentari, meriya, reket, form, öndər,
motivizasiya, multmediya, yarlıq, ambisiya, kamikadze, separat,
separatçılıq, ombutsman, kompromis, transmilli, piket, infilya-
siya, şirkət, telekompaniya, telekommunikasiya, distribüter, bar-
|